reklam
» » Bu virusdan 3 ayda 154 nəfər ÖLÜB

reklam

Bu virusdan 3 ayda 154 nəfər ÖLÜB

Konqo Demokratik Respublikasının (KDR) şərqində, iyul ayında ortaya çıxan ebola virusu 154 nəfərin ölümünə səbəb olub.
Türkiyə mətbuatı xəbər verir ki, KDR-nin Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, Şimali Kivyu əyalətində başlayan və İturi əyalətinə yayılan virus nəticəsində 305 nəfərdə hemorajik qızdırma hallarına rast gəlinib. Bunlardan 270-nin isə ebola virusuna yoluxduğu aşkarlanıb.
Son 3 ayda virus daşıyıcılarından 154-ü həyatını itirib, 88 nəfər isə sağalıb.
Avqustun 8-dən etibarən başladılan kampaniya nəticəsində 26 min 724 nəfərə peyvənd vurulub.
KDR-də ilk dəfə 1976-cı ildə aşkarlanan ebola virusundan, bu vaxta qədər 11 mindən artıq insan həyatını itirib.


Paylaş:


Müəllif : Tarix:
8-11-2018, 10:42
  


loading...
Загрузка...