reklam
» » Bakıda 11 qadını fahişəliyə cəlb edən şəxs hakim qarşısına çıxarılır

reklam

Bakıda 11 qadını fahişəliyə cəlb edən şəxs hakim qarşısına çıxarılır

Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmədə təqsirləndirilən Pərviz Məmmədovun cinayət işi üzrə məhkəmə başlayır.

İş Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun icraatında araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin edilib.

İttihama görə, 11 nəfər zərərçəkmiş qadın polisə ərizə ilə müraciət edərək, P. Məmmədovun onları fahişəliyə cəlb etdiyini bildiriblər.

Faktla bağlı cinayət işi açılıb və P. Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.


Paylaş:


Müəllif : Tarix:
13-11-2018, 19:34
  


loading...
Загрузка...