reklam
» » Hadisənin arxasında idarə rəhbərliyi durmasa... - İDDİA

reklam

Hadisənin arxasında idarə rəhbərliyi durmasa... - İDDİA

Bir müddət əvvəl korrupsiya faktları ilə gündəmə gələn Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İdarəsində növbəti mənimsəmə faktı ortaya çıxıb. Maraqılıdır ki, bu dəfəki cinayət faktını Dibdərinləşdirmə İdarəsinin rəhbərliyinin özü ifşa edib.

Ovqat.com-un əldə etdiyi məlumatlara görə, idarənin direktoru Fuad İsmayılzadə srağagün polisə rəsmi ərizə ilə müraciət edərək, müəssisədə oğurluq olduğu barədə məlumat verib.

Neftçala polisi isə operativ əməliyyat keçərirərək “Dibdərinləşdirmə”nin 7 fəhləsini həbs edib.

Bildirilir ki, dünəndən göz altına alınıb indiyə qədər buraxılmayan həmin fəhlələr qaynaqçılardır. Onlar idarənin 680 metr borusunu oğurlamaqda şübhəli bilinirlər.

Ümumi dəyəri təxminən 75.000 manat olan boruların 2015-ci ildən yoxa çıxdığı iddia edilir. Qaynağımızın dediyinə görə, indiyədək keçən 3 il ərzində idarə rəhbərliyinin bu hadisədən xəbəri olmaya bilməzdi. Ən azı o səbəbdən ki, boruların bir neçə gün ərzində necə “qeyb”ə çəkilməsindən hamının xəbəri varmış. Elədirsə, onda Fuad İsmayılzadəni bu addımı atmağa vadar edən nə olub?

Bildirildiyinə görə, idarədəki korrupsiya faktlarından zinhara gələn bəzi işçilər dövlət əmlakının talanması barədə dəfələrlə ölkə rəhbərliyinə şikayət ünvanlayıblar. AP rəhbəri Ramiz Mehdiyevə, Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova göndərilən sonuncu şikayət məktubuna boruların oğurlanması ilə bağlı tərtib olunmuş rəsmi aktlar və digər sənədlər də əlavə olunub. “Dibdoldurma” işçiləri təxmin edirlər ki, 7 fəhlənin korrupsioner kimi güdaza verilməsinin əsas səbəbi də budur. Zira, digər korrupsiya faktlarının üstünü Kür çayı örtdüyü halda, boru oğurluğunu gizlətmək mümkün deyildi.

İnformasiya mənbəmiz bu qədər borunun fəhlələr tərəfindən oğurlana bilməsinin mümkünlüyünə inanmır: “Hadisənin arxasında idarə rəhbərliyi durmasa, heç bir qaynaqçı nə buna cəsarət edər, nə də etməsi mümkündür. Söhbət diametri 500 mm olan və ancaq maşınlarla daşına bilən böyük borulardan gedir”.


Paylaş:


Müəllif : Tarix:
16-11-2018, 09:49
  


loading...
Загрузка...