RegionXeberleri.com “Dərgi.az”a istinadən xəbər verir ki, bir nüçə gün öncə klip təqdimatında Z.İbrahimova onu yazısında tənqid edən jurnalist Pərviz Hüseynlə qarşılaşıb.

Bu zaman ifaçı onu söhbət etmək üçün bayıra çağırıb. Zenfira Pərvizə, “Sən mənim haqqımda “facebook” statusunda “Yıldız Tilbe hara, sən hara?” yazmısan. Məni təhqir etmisən. Səni vura bilərəm. Vuraram uçarsan. Xəbəri də düz yazmamısan, onu sil!” deyib.

Jurnalist də ona cavabında, “Mən gördüklərimi yazmışam. Heç nə silən deyiləm. Yıldız Tilbenin konsertində 2 mahnı oxudunuz, camaat da narazı idi ki, biletə pul verib Yıldıza qulaq asmağa gəliblər. Mən də gördüyüm və eşitdiklərimi yazmışam. “Facebook”da da öz şəxsi fikrimi bildirmişəm. Haqsız deyiləm ki, Yıldız Tilbe hara, siz hara?”

Ətrafda olan jurnalistlərin sayəsində münaqişə fiziki gücə keçmədən bitib. Əldə etdiyimiz məlumata görə, bu mübahisə bir müddətdir ki, davam edir. Hətta Zenfiranın həyat yoldaşı jurnalisti hədələyib, təhqir dolu mesajlar göndərib.

Müğənni sonuncu hadisədən sonra jurnalist haqqında daha bir paylaşım edib.

“Beləsini döymək yoxe, dərisini boğazından çıxarmaq lazımdır. Sənin işin kişi işi deyil, ay uşaq. Mənim haqqımda nəsə demək sənin başın üçün deyil. Bəşəriyyətdə heç kim olmasa belə sənin haqqın sıfırdır. Məni səhv salma”.

Zenfira İbrahimovanın Pərviz Hüseyni döyməklə, ölümlə hədələməsinin sonu məhkəmədə bitəcək. Belə ki, jurnalist Z.İbrahimovanı məhkəməyə verəcəyini açıqlayıb:

“Nəzərinizə çatdırım ki, Zenfira İbrahimova və həyat yoldaşı Anar Heydərova iki dəfə məhəl verməməyə çalışdım, ancaq sənətçi xanımın sonuncu paylaşımı bu məsələnin qanunla tənzimlənməsinə rəvac verdi. Əlimdə sübutlarım da var. Ona görə də, hər iki şəxs haqda şikayət ərizəsi yazmışam. Buradan Bakı Şəhər Baş Prokurorluğu başda olmaqla, bütün hüquq mühafizə orqanlarına müraciət edərək bildirirəm ki, istintaq prosesi ərzində və ondan sonrakı dövrlərdə başıma gələcək hər bir hadisə üçün Anar Heydərov, Zenfira İbrahimova və “Facebook”da məni güdüb, ilk dəfə nömrəmi öz adı ilə alıb, Anar Heydərova ötürən, hədələnməyimə səbəb olan Aynur Əliyeva məsuliyyət daşıyır”.

Qeyd edək ki, Zenfira İbrahimovanın “Dərisini boğazından çıxarmaq lazımdır”, “Səni vura bilərəm. Vuraram uçarsan” sözləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşımasına səbəb ola bilər.

Maddə 134. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə

  • Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda
  • İki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.