reklam
» » Xaricdə təhsil adı ilə 100 nəfərin pulunu alaraq yoxa çıxdı - Video

reklam

Xaricdə təhsil adı ilə 100 nəfərin pulunu alaraq yoxa çıxdı - Video

Bakıda daha bir xaricdə təhsil mərkəzi vətəndaşları kütləvi şəkildə aldadıb.

RegionXeberleri.com  Xezerxeber.az-a istinadən xəbər verir ki, zərərçəkmişlərdən birinin sözlərinə görə, təhsil mərkəzi tərəfindən onun pulu alınsa da sonradan bağlanan müqaviləyə əməl edilməyib.

Zərərçəkmiş Zaur Qurbanov bu ilin mayında paytaxtın Səbail rayonu Nizami küçəsi 48 ünvanında olan “Leveland” xaricdə təhsil mərkəzinə müraciət edib. Orada kursun rəhbəri İsgəndər Ağayevə 1800 dollar pul ödəyib. Özünə isə 1 həftə sonra Amerikaya gedəcəyi deyilib. Bir həftədən sonra Zaur Qurbanov yenidən təhsil mərkəzinə müraciət edib. Amma həmin vaxt təhsil mərkəzinin bağlı olduğunu görərək İsgəndər Ağayevə zəng vurub. Telefonu bağlı olduğundan ona SMS yazıb. Bir müddət sonra İsgəndər Ağayev zərərçəkmiş Zaur Qurbanova mesaj yazaraq bildirib ki hazırda xarici ölkədədir.

Həmin təhsil mərkəzinin bağlanaraq yerində başqa bir şirkətin fəaliyyət göstərdiyini görən Zaur Qurbanov məsələ ilə bağlı Səbail rayon 9-cu polis bölməsinə məlumat verib.

Sonradan məlum olub ki, adıçəkilən mərkəz tərəfindən xaricdə təhsil adı ilə yalnız o aldadılmayıb.

Səbail Rayon Polis İdarəsindən bildirilib ki, bu məsələ ilə bağlı araşdırmalar davam edir.







Paylaş:


Müəllif : Tarix:
18-11-2018, 23:33
  


loading...
Загрузка...