reklam
» » İqbal Ağazadə: “Abel Məhərrəmov çaxıra görə işdən azad edilməyib”

reklam

İqbal Ağazadə: “Abel Məhərrəmov çaxıra görə işdən azad edilməyib”

“Mən Abel Məhərrəmovun sırf xaricə çaxır daşıdığına görə BDU-nun rektoru vəzifəsindən azad olunduğuna inanmıram. Ümumiyyətlə, mən Abel Məhərrəmovun İspaniyaya təyyarə ilə çaxır aparmasına, oradan da yenidən ölkəmizə gətirməsinə inanmıram. O, görünür tamam başqa məsələlərə görə işdən azad edilib”.
Bu fikirləri açıqlamasında son günlər BDU-nun sabiq rektoru A.Məhərrovun ətrafında baş verən hadisələrə münasibət bildirərkən sabiq deputat, “Ümid” Partiyasının sədri İqbal Ağazadə bildirib.
O qeyd edib ki, insanlarda məmurlara qarşı xüsusi bir qəzəb var: “Bu da ona görə ki, xalq məmurlardan tamamilə narazıdır. Ona görə də məmurlar vəzifədən azad olunan kimi həm mediada, həm də sosial şəbəkələrdə insanların aqressiv münasibətini müşahidə edirik. “Abel Mendoza” çaxırının Abel Məhərrəmovla heç bir əlaqəsi yoxdur. Həmin çaxır 1988-ci ildən meksikalı ər-arvadın adına buraxılır”.


Paylaş:


Müəllif : Tarix:
19-11-2018, 11:18
  


loading...
Загрузка...