reklam
» » “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbərinin işi araşdırılır... - HƏBS OLUNA BİLƏR

reklam

“Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbərinin işi araşdırılır... - HƏBS OLUNA BİLƏR

Keçən günlərdə  2017-ci ilin fevral ayında baş verən bir intihar hadisəsinin şok təfərrüatları ilə bağlı ilginc faktları açıqlandı. Həmin məlumatlardan da aydın olurdu ki, “Biləcəri Təmir-Quraşdırma” QTSC adlı bir qurumun rəhbəri Nazim Mirzalı oğlu Tahirov sırf dolandırıcılıq edərək mərhum sahibkar - 16 saylı İİT Trestinin rəhbəri olmuş Nəsirov Yusif Təvəkkül oğlunu intihara qədər sürükləyən hadisələrə nədən olub.

YAZININ TƏFSİLATI İLƏ BURADAN TANIŞ OLA BİLƏRSİNİZ...

İndi isə bu məsələ ilə bağlı DİA.AZ-a yeni materiallar daxil olub. Bəri başdan qeyd edək ki, sözügedən inthar faktı ilə əlaqədar əldə etdiyimiz məlumatlar əsasında yeni araşdırma yazısını diqqətinizə təqdim edəcəyik. Hələliksə...

Mətbuatı məlumatlandıran hüquq-mühafizə orqanlarındakı qaynağın iddialarına görə, artıq dövlətin müvafiq qurumları “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbərliyinin fəaliyyətini araşdırmağa başlayıb. Bununla bağlı rəsmi bilgilər yaxın günlərdə paylaşılacaq.

Məlumatı verən mənbə bildirir ki, sözügedən QTSC-nin rəhbəri təkcə bu fakta görə deyil, digər əməlləri ilə də qanun qarşısında da cavab verməli olacaq. Mənbənin dia.az-a söylədikləri: "Hətta burada dövlətin nüfuzlu şəxslərinə böhtan atılması faktı da var ki, dəfələrlə “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin mövqeyini ifadə edən və yerli KİV-də yayılmış materiallarda bir sıra vəzifəli şəxslərə qarşı açıq böhtan kampaniyası da yürüdülməkdədir ki, bu məsələ ilə əlaqədar da Nazim Tahirov cavab verməli olacaq".(dia.az)


Paylaş:


Müəllif : Tarix:
21-11-2018, 09:26
  


loading...
Загрузка...