reklam
» » Şikayətin düzgün ünvanlanmadığını bildirən sakinlər Şəmsəli Quliyevdən üzr istəyib ona minnətdarlıqlarını bildirdilər - ARAŞDIRMA

reklam

Şikayətin düzgün ünvanlanmadığını bildirən sakinlər Şəmsəli Quliyevdən üzr istəyib ona minnətdarlıqlarını bildirdilər - ARAŞDIRMA

Ötən gün mətbuatda Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin rəisi Şəmsəli Quliyevin qanunsuz əməlləri barədə Ucar rayon sakinləri tərəfindən şikayət dərc edilmişdir.Məsələnin yerində araşdırılması üçün əməkdaşlarımız Ucar rayonunda olduqda əsil həqiqət üzə çıxdı. Belə ki, jurnalist araşdırması zamanı müəyyən olundu ki, Ucar rayon ərazisində dəmir yolunun əsaslı tikintisi MMC-11 tərəfindən həyata keçirilir. Bunun isə Şəmsəli Quliyevin rəhbərlik etdiyi Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinə heç bir aidiyyatı yoxdur. Şəmsəli Quliyevin rəhbərlik etdiyi idarə dəmir yolunun cari təmir işlərinə baxır, əsaslı təmir işlərini isə MMC-11 həyata keçirir.Tikinti aparılan əraziyə yaxın olan Dəmir Yolu yaşayış binasının sakinlərinin haqlı narazılıqları şəxsən Şəmsəli Quliyev tərəfindən aradan qaldırılmış həmin sözü gedən kanalizasiya xətti tikinti dağıntılarından təmizlənmiş, səliqə-səhman yaradılmışdır.Bizimlə söhbət edən zaman Şəmsəli Quliyev bunları dedi; "baxmayaraq ki, Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin bu əsaslı tikintinin aparılmasına heç bir aidiyyatı yoxdur ancaq sakinlərin şikayəti dərhal tərəfimdən araşdırılaraq yaranmış problem aradan qaldırılmışdır".

Şikayətçi sakinlər isə yaranmış problemin aradan qaldırıldığını qeyd edib Şəmsəli Quliyevə minnətdarlıqlarını bildirdilər. "Tikintinin dağıntıları 50 ailənin yaşadığı binanın kanalizasiya xəttinə töküldüyü üçün çirkab suları binanın həyətinə dolduğundan ciddi problem yarandı. Biz səhv olaraq Şəmsəli Quliyev barədə şikayət etmişik. Sonradan öyrəndik ki, bu əsaslı tikintini MMC-11 aparır. Ancaq buna baxmayaraq Şəmsəli Quliyevin müdaxiləsi və köməyi ilə problem aradan qaldırıldı. Buna görə Şəmsəli müəllimdən üzr istəyib ona minnətdarlığımızı bildiririk." deyə şikayətçi sakinlər qeyd etdilər.

Xatırladaq ki, ötən gün bir qrup Ucar rayon sakinləri şikayət edərək bildirmişdilər ki, "Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin rəisi Şəmsəli Quliyevin rəhbərliyi ilə Ucar rayonunun Oğuz küçəsi ərazisində dəmir yolu relslərinin tikintisi aparılır.Tikintinin bütün çıxdaşları 50 ailənin yaşadığı Dəmir Yolu binasının kanalizasiyasıa töküldüyündən çirkab sular həyətlərə dolub. Nəticədə acınacaqlı bir vəziyyət yaranıb. Çirkab sularının yaratdığı dözülməz antisanitariya ciddi xəstəliklər yaradacaq xahiş edirik bizə kömək edin".  

 RegionXeberleri.com


Paylaş:


Müəllif : Tarix:
15-03-2017, 00:02
  


loading...
Загрузка...