X
Bədəni sərinlədən parça - VİDEO » Regionxeberleri.com Bədəni sərinlədən parça - VİDEO » Regionxeberleri.com

reklam
» » Bədəni sərinlədən parça - VİDEO

reklam

Bədəni sərinlədən parça - VİDEO

ABŞ-ın Stanford Universitetinin alimləri qeyri-adi bir parça ixtira ediblər.
Universitetin saytında verilən bilgiyə görə, plastikdən hazırlanmış parça gün işığı və istiliyi tamamilə əks etdirir, bədənin hərarətini özündə saxlamır. Bu parça yay köynəklərinin hazırlanmasında istifadə oluna bilər.
"Biz ofisdə stulda oturarkən belə bədənimizin istiliyinin 60%-i infraqırmızı şüa şəklində ətrafa yayılır. İndiyə kimi heç kim parçaların bu istiliklə qarşılıqlı əlaqəsini araşdırmayıb", – Stanford Universitetinin alimi Shanhui Fan deyib.
Bu inqilabi parça pambıq parçadan hazırlanmış geyimlə müqayisədə insanın özünü 4 dərəcə daha sərin hiss etməsinə imkan verir.
Alimlərin sözlərinə görə, yeni parça insanın bədənindən ayrılan istiliyin 90%-ni ətrafa yayır və günəş şüalarını udmur.
İxtiranın ətrafı enerji sərf etmədən soyutmaq və isitməkdən ötrü yeni araşdırmalara yol açacağı gözlənilir.

 


Paylaş:


Müəllif : Tarix:
19-03-2017, 13:52
  


loading...