reklam
» » Samux rayonunda İşıq idarəsinin səhlənkarlığı ucbatından 10 yaşlı uşağın ölümü - VİDEO FOTO

reklam

Samux rayonunda İşıq idarəsinin səhlənkarlığı ucbatından 10 yaşlı uşağın ölümü - VİDEO FOTO

Ötən buraxılışlarımızın birində Samux rayonunda bir sakinin övladının elektrik çarpması nəticəsində dünyasını dəyişdiyini yəqin ki, unutmamısız. 10 yaşlı oğlunun ölümündə Azərişıq açıq səhmdar cəmiyyətinin günahı olduğu üçün vətəndaş qeyd edir ki, ona yalnız 4000 manat civarında təzminat ödəyiblər. Həmin məbləğlə oğlunun yas mərasimini və ümumilikdə çəkilən xərcləri ödəyən mərhumun atası Cavanşir Məmmədov DogruXeber.az-ınredaksiyasına müraciətində növbəti şikayətini videomaterial şəklində bildirib. Sən demə ona sayğacdakı borclarının da silinəcəyi haqqında vəd verilibmiş. Lakin aylar keçsə də bu vədə əməl olunmayıb. Nəticədə övlad dərdi çəkən ata bu quruma ikrah hissiylə prinsip olaraq borcları ödəməyib. Sonradan onun qapısına borc qəbzi atan Azərişığın əməkdaşları oradan uzaqlaşıblar. Vətəndaş bildirir ki, işçilər onunla söhbətdən həmişə qaçırlar. Qəbzə baxan vətəndaşın sanki dərdinin üstünə dərd gəlib.

Samux rayonunda İşıq idarəsinin səhlənkarlığı ucbatından 10 yaşlı uşağın ölümü - VİDEO FOTO
Samux rayonunda İşıq idarəsinin səhlənkarlığı ucbatından 10 yaşlı uşağın ölümü - VİDEO FOTO
939 manat 40 qəpik borcunun üst-üstə yığıldığını görən Cavanşir bəy buna etirazını bildirsə də heç bir faydası olmayıb. Samux rayonu üzrə Azərişığın rəhbəri və eyni zamanda rayon icra başçısı Alı Qocayev bədbəxt hadisədən sonra mərhumun atasına sayğacdakı borclarının silinəcəyini vəd etsələr də heç biri sözlərinə əməl etməyiblər. halbuki bu bədbəxt hadisə Azərişığın səhlənkarlığı və nəzarətsiz qoyduğu elektrik dirəklərinin ucbatından baş verib. Övlad dərdi çəkən Cavanşir bəy ürəkyanğısı ilə deyir ki, "mən o borcu ödəsəm, onlar mənim dünyasını dəyişən 10 yaşlı oğlumu geri qaytara biləcəklər?”. əlbəttə ki, bunu nə icra başçısı, nə Azərişığın rəhbəri, ümumiyyətlə heç kəs bacara biləcək gücdə deyil. Ən azından o borcu silməklə maddi durumu onsuz da ağır olan və iki əlil qaradaşına baxan vətəndaşa az da olsa köməklik edə bilərdilər, halbuki onlar özləri bu vədi veriblər.

DogruXeber.az-ın redaksiyasına dəfələrlə Azərişıqla bağlı müraciətlər daxil olur. Həmin qurumun əməkdaşlarının abonentləri aldatması, sayğacda göstərilən məbləğdən əlavə borcların yazılması, abonentə xəbər vermədən qanunsuz işıqları kəsmələri və s. neqativ hallarla bağlı şikayətlər durmadan artır. Hətta iş o dərəcəyə gəlib ki, Azərişığın bir qrup qanundan kənar işlər çevirən əməkdaşları qəsdən sakinlərin işıq sayğaclarını sıradan çıxardaraq onlara müəyyən məbləğ qarşılığında cərimə yazmamaq təkliflərilə də çirkli bizneslərini qurublar. Təbii ki, bizim redaksiyamıza daxil olan şikayət xarakterli müraciətlərdə bu nüanslardan xəbərdar olmuşuq. Videokadrlarda da göründüyü kimi elektrik dirəkləri təhlükə saçmaqla yanaşı, eyni zamanda çox bərbad gündədir. Məhz Azərenerjinin səhlənkarlığı ucbatından ötən il ölkənin hər bir bölgəsində işıqlar sönərək ölkə iflic vəziyyətinə qalmışdı. Ölkə rəhbərinin sərt ittihamından sonra aparılan ciddi araşdırmalar nəticəsində məlum oldu ki, dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait müəssisə rəhbərləri və işçilər tərəfindən, o cümlədən Azərenerjinin rəhbəri də başda olmaqla bir çox qara biznesçilər tərəfindən mənimsənilmişdir. Bu ölkə başçısının qoyduğu qayda-qanunlara, tapşırıqlara arxa çevirmək kimi bir jestdi. O vəzifələrə dövlət rəhbəri tərəfindən gətirildiyini yəqin ki, unudublar.

Samux rayonunda İşıq idarəsinin səhlənkarlığı ucbatından 10 yaşlı uşağın ölümü - VİDEO FOTO
Samux rayonunda İşıq idarəsinin səhlənkarlığı ucbatından 10 yaşlı uşağın ölümü - VİDEO FOTO

Biz dəfələrlə rayon icra başçılarının, dövlət məmurlarının ölkə xaricindəki biznesləri barədə məlumatları, faktları mediyamızda işıqlandıraraq oxucuların nəzərinə çatdırmışıq. Bu kimi özbaşınalıqların, hərcmərcliklərin ucbatından bir çox insan maddi və mənəvi zərər çəkməkməklə yanaşı, öz həyatlarını və yaxınlarını itirirlər. həmçinin sağlamlıqlarına belə ciddi zərbə dəyir. Bundan həm vətəndaş həm də dövlət zərər çəkir. Dövlətin büdcəsi bu cür insanların ucbatından talan olunur. Ölkə başçısı yetərincə öz uğurlu siyasətini aparmaqda davam edir. Bu qurumlara vətəndaşlara layiqincə xidmət göstərməyi və hər şeyin qanun çərçivəsində idarə olunması tapşırılsa da hər şey tamam əksinə həyata keçirilir. Ölkə başçısı hər baş verən neqativ hallara özü şəxsən qarışmalıdır ki? əgər şəxsən müdaxilə etməlidirsə o zaman bu qurumlar nə işə yarayır və hansı məqsədlərə qulluq edir?






Paylaş:


Müəllif : Tarix:
10-02-2019, 11:46
  




loading...
Загрузка...