reklam
» » Vüsalə Mahirqızı yeni agentlik yaradır? (AÇIQLAMA)

reklam

Vüsalə Mahirqızı yeni agentlik yaradır? (AÇIQLAMA)

Fəaliyyətini dayandırmış "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızının yaxın günlərdə yeni informasiya agentliyi yaradacağı barədə məlumat yayılıb.

 ONA.Az domeni ilə fəaliyyət göstərəcək yeni İnformasiya Agentliyinin işçi heyəti əsasən "APA Holdinq"in keçmiş kollektivi əsasında qurulacaq.

Yeni domen "APA-Holdinq"in keçmiş işçisi Zaur Xəlilovun adına artıq qeydiyyatdan keçib.

Holdinqin sabiq işçilərindən biri demokrat.az-a açıqlamasında yeni informasiya agentliyinin açılmaqda olduğunu və artıq onlara işə çıxmaları ilə bağlı tapşırıq gəldiyini təsdiqləyib.
 
Amma V.Mahirqızı demokrat.az-a açıqlamasında xəbərin doğru olmadığını söyləyib.

O, "APA Holdinq" fəaliyyətini bərpa edəcəyi barədə xəbərin səhv olduğunu deyib:

"Hazırda bizim fəaliyyətimiz var, ancaq bu media sahəsində deyil. "APA Holdinq"-in bərpa olunacağı barədə xəbərlər səhvdir".

  


Paylaş:


Müəllif : Tarix:
14-02-2019, 14:06
  




loading...
Загрузка...