X
Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA » Regionxeberleri.com Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA » Regionxeberleri.com

reklam
» » Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

reklam

Putini tənqid edərək müəmmalı şəraitdə öldürülən 10 xadim – ARAŞDIRMA

 
David Filipov
The Washington Post (ABŞ), 25.03.2017
Rusiya prezidenti Vladidmir Putinlə dalaşanların heç də hamısı amansız və yaxud şübhəli şəraitdə həlak olmur. Lakin Putin siyasətinin səs-küylü tənqidçilərindən kifayət qədəri öldürülüb və Ukraynada sığınacaq axtaran Rusiya vətəndaşının qətli Kremlin dəxli olduğu haqda spekulyasiyalara səbəb olub.
   
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya kommunist partiyasının keçmiş üzvü, 2016-cı ildə Rusiyadan qaçdıqdan sonra Putini kəskin tənqidə başlamış Denis Voronenkovun Kiyevdə qətlə yetirilməyini “Rusiya tərəfindən dövlət terrorizmi aktı” adlandırıb.  Bu, Putinin bu ittihama “cəfəngiyyat” deyən təmsilçisi tərəfindən kəskin qınaq doğurub. Kreml uzun illər boyu siyasi qətl anlayışının özünü həmişə ikrahla rədd edib.  Amma Putinin tənqidçiləri Kremlin digər düşmənlərinin izaholunmaz həlakı ilə bağlı paralellər aparmaya bilməyiblər. Parlamentin keçmiş deputatı və təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Gennadi Qudkov “The Moscow Times”-a deyib: “Məndə təəssürat yaranıb ki (ümid edirəm ki, bu, sadəcə, təəssüratdır),  Rusiyada siyasi opponentlərin qətli praktikası yayılmağa başlayıb”.
Budur, Putinin öldürülmüş və yaxud müəmmalı şəraitdə ölmüş bir neçə açıq tənqidçisi.
             
Boris Nemtsov, 2015
Nemtsov 90-cı illərdə postsovet Rusiyası “gənc islahatçılar”ının ulduzu idi. O, baş nazirin birinci müavini olub və bir müddət mümkün gələcək prezident hesab olunub, lakin 2000-ci ildə keçmiş prezident Boris Yeltsini məhz Putin əvəzləyib. Nemtsov bu seçimə açıq dəstək verib, amma Putin vətəndaş azadlıqlarını məhdudlaşdırdıqdan sonra onun tənqidi getdikcə daha bərk olurdu və son nəticədə Nemtsov Rusiya siyasi həyatının arxa planına itələnib.
O, 2011-ci ildə parlament seçkilərinin nəticələrinə qarşı etiraz əlaməti kimi kütləvi küçə mitinqlərinə başçılıq edib və məmurların rüşvətxorluğundan məqalələr yazıb. Kreml müxalif mitinqlərə divan tutarkən onu da bir neçə dəfə həbs ediblər. 2015-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qarşı nümayişə qoşulmaq çağrışından cəmi bir neçə saat sonra, Kremlin versiyasına görə, naməlum adamlar Nemtsovun kürəyinə dörd dəfə atəş açıblar. Putin Nemtsovun qətlinin təhqiqatını “şəxsi nəzarətinə” götürüb, lakin qatil azadlıqda qalıb.
                             
Boris Berezovski, 2013
Hesab edilir ki, 1990-cı illərin sonunda Yeltsinin çevrəsində etibarlı şəkildə möhkəmlənmiş, özünü maqnat elan etmiş Berezovski (KİV-də Nemtsovu ləkələyən kampaniyanı işə salmaqla) Putinin hakimiyyətə gəlişinə şərait yaradıb. Ancaq Berezovski yeni prezidentin dövründə  ümid etdiyi nüfuzu qazana bilməyib. Putinlə münaqişə onun ölkədən prezidenti devirməyə and içdiyi Britaniyaya didərgin düşməyinə səbəb olub. O həmçinin Kremli kəşfiyyatın keçmiş zabiti və xəbərçisi, 2009-cu ildə zəhərlənmiş Aleksandr Litvinenkonu öldürməkdə ittiham edib. Berezovski Birləşmiş Krallıqda öz evində qapısı bağlı vanna otağında boğazında ilgək ölü tapılıb. Buna görə də bunu əvvəlcə intihar sayıblar. İstintaq ölümün səbəbini müəyyən edə bilməyib.                                

Stanislav Markelov və Anastasiya Baburova, 2009
Markelov insan hüquqları üzrə vəkil idi və bununla məşhurlaşmışdı ki, indan hüquqlarını pozuması haqda Rusiya ordusuna qarşı işlərdə Çeçenistanın mülki əhalisini təmsil edirdi. O həmçinin “Novaya qazeta”nın 2006-cı ildə qətlə yetirilmiş müxbiri Anna Politkovskaya daxil olmaqla Putini tənqid edən məqalələr yazdıqdan sonra çətin duruma düşmüş juranlistləri təmsil edib.
Markelovu Kremlin ətrafında maskalı adam güllələyib. “Novaya qazeta”nın müxbiri Baburova ona kömək etməyə çalışarkən onu da öldürüblər.
Rusiya hökuməti bildirib ki, bu qətllərin arxasında neonasist dəstə durur və onların qətlinə görə dəstənin iki üzvü mühakimə olunub.
                                  
Sergey Maqnitski, 2009
Hüquqşünas Sergey Maqnitski 2009-cu ilin noyabrında amansız şəkildə döyüldükdən və tibbi xidmət göstərməkdən imtina edildikdən sonra həbsdə ölüb. O, Britaniya-Amerika biznesmeni Uilyam Brauderə işləyib, böyük vergi fırıldağı haqda işi araşdırıb. Ehtimala görə, Maqnitski polislərin bu fırıldaqda əli olduğunu aşkarlayandan sonra həbs olunub. Maqnitski 2012-ci ildə ölümündən sonra vergidən  yayınmaqda günahkar bilinib, Brauder isə onun ölümündə əli olanlara sanksiyalar qoyulması üçün ABŞ hökumətinə lobbilik edib. Sanksiyalar haqda qanun onun şərəfinə adlandırılıb və o vaxtdan bəri başqa məsələlərdə hüquq pozanlara qarşı tətbiq olunur.
                                                       
Nataliya Estemirova, 2009
Nataliya Estemirova Çeçenistanda adi hadisəyə dönmüş adam oğurluğu və qətlləri araşdıran jurnalist idi. Rusiyayönlü təhlükəsizlik qüvvələri orada ölkədə ən qəddar teror aktlarından birinə görə məsul islamçı döyüşçülərin məhvi məqsədilə keçirilən amansız repressiv tədbirlər görürdü.
Estemirova da jurnalist Anna Politkovskaya kimi tez-tez bu iki amansız tərəf arasında qalan mülki şəxslərdən danışırdı.
Estemirovanı evini yanında oğurlayıb bir neçə dəfə, o cümlədən düz başına atəş açıb və yaxınlıqdakı meşəyə atıblar. Onun ölümünə görə heç kim mühakimə olunmayıb.
                            
Anna Politkovskaya, 2006
Anna Politkovskaya “Novaya qazeta”nın Rusiya müxbiri idi, “Putin Rusiyası” kitabında Kreml liderini ölkəni polis dövlətinə çevirməkdə ittiham edib. O, Çeçenistandakı cinayətlərdən çox yazıb və Moskva radiosunda bir neçə dəfə çıxış edib. Onu evinin liftində yaxından güllələyiblər. Qətlində beş nəfəri ittiham ediblər, lakin hakim bu nəticəyə gəlib ki, bu, 150 min dollar ödənilmiş sifarişli qətl olub, amma sifarişçinin şəxsiyyəti müəyyən edilməyib. Putin Kremlin Politkovskayanın qətlinə dəxli olduğunu inkar edərək bildirib ki, “onun ölümü özlüyündə həm Rusiya hökumətinə, həm də Çeçenistana fəaliyyətindən daha çox ziyan vurur”.
                                                       
Aleksandr Litvinenko, 2006
Keçmiş DTK agenti Aleksandr Litvinenko London otelində ölümcül polonium-210 qatılmış bitr fincan çay içdikdən üç həftə sonra ölüb. Britaniya araşdırması göstərib ki, Litvinenkonu “ehtimal ki, prezident Putuinin bəyəndiyi əmrlə hərəkət edən” Rusiya agentləri Andrey Luqov və Dmitri Kovtunzəhərləyiblər.
Rusiya onları ekstradisiya etməkdən imtina edib, Rusiya prezidenti 2015-ci ildə isə Luqova “Vətən qarşısında xidmət”ə görə medal təqdim edib. Litvinenko FTX-dən getdikdən sonra Putinin rəhbərlrik etdiyi xidmətin fəal tənqidçisi olub və sonralar təhlükəsizlik xidmətini 1999-cu ildə Rusiyada nəticədə yüzlərlə adamın həlak olduğu evlərin silsilə partlayışını təşkil etməkdə ittiham edib. Ardınca həmin il Rusiyanın Çeçenistana müdaxiləsi, bununla bərabər isə Putinin hakmiyyətə gəlişi baş verib. Şübhə var  ki, Berezovskinin, məqsədi Putini hakimiyyətə gətirmək olan planın, ən azı, bir hissəsində əli olub, lakin o sonradan Putini Litvinenkonun qətlində ittiham etməyə səy göstərib. Litvinenko Putini Poplitkovskayanın qətlində də ittiham edib.                                 

Sergey Yuşenkov, 2003
Bu xeyirxah, keçmiş ordu polkovniki 1990-cı illərin başlanğıcında The Moscow Times-da peşənin əlifbasını mənimsəyərkən parlament reportyorlarının favoriti idi. Sergey Yuşenko özünün “Liberal Rusiya” hərəkatını siyasi partiya kimi təzəcə qeydiyyatdan keçirmişdi ki, Moskvada evinin yannda güllələndi. Yuşenkov 1999-cu ildə mənzillərin partladılmasının arxasında Putinin durduğu haqda sübutlar toplayırdı.
                                               
Yuri Şekoçixin, 2003
Yuri Şekoçixin jurnalist və keçmiş Sovet İttifaqında haqqında yazılması hələ də çox çətin olan cinayət və korrupsiyadan yazan müəllif idi. O, 2003-cü ildə “Novoya qazeta” üçün 1999-cu ildə evlərin partladılmasını araşdırırdı və bu zaman müəmmalı xəstəliyə düçar oldu. Birləşmiş Ştatlara getməyə bir neçə gün qalarkən qəflətən keçindi. Rusiya hökuməti onun tibbi sənədlərini məxfi elan edib.
 
Tərcümə Strateq.az-ındır.


Paylaş:


Müəllif : Tarix:
26-03-2017, 13:54
  


loading...