reklam
» » Eldar Mahmudova zəng! - Jurnalistin qəfil zəngi sabiq naziri çaşdırdı

reklam

Eldar Mahmudova zəng! - Jurnalistin qəfil zəngi sabiq naziri çaşdırdı

Vaxtilə MTN tərəfindən həbs olunan jurnalist Pərviz Həşimli sabiq nazir Eldar Mahmudovun telefon nömrəsini əldə edərək, ona zəng edib.

Barədə Pərviz Həşimli "Facebook”da məlumat verib. Jurnalist bu mövzuya dair ilk postunda "Telefonu açmır hələ ki… Eldar Mahmudova ilk sualım nə olsun?” – deyə, ona zəng etdiyinin anonsunu verib.

Bir qədər sonra isə P.Həşimli yazıb ki, Eldar Mahmudov özü onu arayıb: "Davamlı zənglərimdən sonra Eldar Mahmudov özü aradı.

"Bagışlayın, zəng etmisiniz. Kimdir danışan?” deyə soruşdu.

"Şərlədiyiniz Pərviz Həşimlidir, yəqin ki, unutmamısınız” deyə ona özümü təqdim etdim.

"Eeee” deyərək, dəstəyi asdı…”

P.Həşimli "AzPolitika”ya bildirib ki, Eldar Mahmudovun özüylə danışdığına əmindir. Nömrənin onun istifadəsində olduğunu dəqiq bilir, amma bir daha əmin olmaq üçün özünü təqdim etməzdən əvvəl "Necəsiniz, Eldar müəllim?”, deyə ona sual edib. Cavabında "Çox sağolun, təşəkkür edirəm” cavabını alıb.

 
Xatırladaq ki, MTN-in Antiterror Mərkəzi bəzi yüksək rütbəli məmurları müxalifətlə əlaqələndirmək üçün P.Həşimlini həbs etmişdi. Jurnalist, E.Mahmudovun işdən çıxarılmasından sonra azadlığa buraxılmışdı.


Paylaş:


Müəllif : Tarix:
31-03-2017, 17:14
  


loading...
Загрузка...