X
FİLİAL MÜDİRİNİN QƏTLİNİN ÜSTÜ AÇILIB – Baş mühasib saxlanıldı » Regionxeberleri.com FİLİAL MÜDİRİNİN QƏTLİNİN ÜSTÜ AÇILIB – Baş mühasib saxlanıldı » Regionxeberleri.com

reklam
» » FİLİAL MÜDİRİNİN QƏTLİNİN ÜSTÜ AÇILIB – Baş mühasib saxlanıldı

reklam

FİLİAL MÜDİRİNİN QƏTLİNİN ÜSTÜ AÇILIB – Baş mühasib saxlanıldı

RegionXeberleri.com Trendə istinadən xəbər verir ki, “Azərsığorta” Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Bayramovanı qətlə yetirən şəxs saxlanılıb.

Həmin şəxs şirkətin baş mühasibi Vidadi Vəliyevdir. V.Vəliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. O, istintaqa ifadəsində qətli pul mübahisəsi üstə törətdiyini bildirib. V. Vəliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerinə aparılıb və cinayət yerində dindirilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tovuz rayon Məhkəməsinin qərarı ilə V.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa cəlb edilib.

Qeyd edək ki, aprelin 22-də “Azərsığorta” Dövlət Sığorta Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nəsrəddin qızı Bayramova iş otağında küt alətlə qətlə yetirilib.

Onun müavini Vidadi Bəhman oğlu Vəliyev şahid qismində ifadə verərkən bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.


Paylaş:


Müəllif : Tarix:
24-04-2017, 20:53
  


loading...