reklam
» » Karateçi, güləşçi, kikboksçu, cüdoçu, samboçu deputatlarımız

reklam

Karateçi, güləşçi, kikboksçu, cüdoçu, samboçu deputatlarımız

İdman sağlamlığın əsas şərtlərindən biridir. Deyirlər sağlam bədəndə, sağlam ruh olar. Siyasətdə sağlam ideya ilə fikirlər səsləndirmək isə daha cəlbedici və həqiqətəuyğun olur. Siyasətçinin idmanla məşğul olması və bu sahədə uğurlar qazanması təmsil etdiyi dövlətin imicinə də müsbət təsir edir.

Azərbaycanda siyasi müstəvidə təmsil olunan şəxslərdən bəziləri vaxtilə peşəkar idmanla məşğul olublar. Bu sırada Milli Məclisin bir sıra deputatları da var.

Maraqlıdır, parlamentin idmançı deputatları kimlərdir, onlar idmanın hansı növləri ilə məşğul olublar?

RegionXeberleri.com xəbər verir ki, Modern.az saytı deputatlarla bağlı kiçik bir araşdırma aparıb.

Gənclər və idman komitəsi sədrinin müavini Ülvi Quliyev əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Həm də Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Adil Əliyev cüdo üzrə idman ustasıdır. Deputat cüdo ilə yanaşı, kikboksinq üzrə də nailiyyət qazanıb. O, kikboksinq üzrə veteranlar arasında 2008-ci ildə dünya çempionu olub. Sonuncu dəfə isə Adil Əliyev 2016-cı ildə İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatına qatılaraq qalib adını qazanıb. O, hazırda da bu iki idman növü ilə məşğul olur. Adil Əliyev eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov güləş üzrə idman ustasıdır.  YAP-çı deputat 10 yaşından güləşlə məşğul olub. O, 1988-ci ildə, hətta SSRİ çempionu da olub. S.Novruzov siyasi proseslərə qoşulandan sonra yarışlara çıxmayıb. Deputat bu gün də idmanla məşğul olduğunu deyir.

Aqrar siyasət komitəsinin üzvü Novruz Aslan da idman ustalığına namizəddir. O, cüdo-sambo idman növü ilə məşğul olub. 12 yaşından idmana marağı olan deputatın Azərbaycan çempionatında uğurları olub (birinci və ikinci yerlər).

Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev də idman ustasıdır. Eyni zamanda, beynəlxalq dərəcəli hakimdir. O, uşaq vaxtlarından boksla məşğul olub. 1957-ci ildən “Neftçi” İdman Cəmiyyətində məşqçi işləməyə başlayıb. Beynəlxalq turnirlərdə iştirakı ona saysız-hesabsız mükafat da qazandırıb. Deputat iştirak etdiyi yarışlarda 6 dəfə Azərbaycan çempionu adını qazanıb və SSRİ-nin fəxri idman ustası dərəcəsinə qədər də yüksəlib. Ağacan Abiyev Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası İcraiyyə komitəsinin üzvüdür.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev sambo üzrə idman ustasıdır. Deputat həm də Şito-Ryu Karate Do Federasiyasının fəxri prezidentidir. O, “Sportivnaya Rossiya” Beynəlxalq Döyüş Sənəti festivalında Azərbaycan yığma komandasına xüsusi dəstəyin təşkilinə görə beynəlxalq sertifikata və medala layiq görülüb.


Paylaş:


Müəllif : Tarix:
29-04-2017, 11:30
  


loading...
Загрузка...