reklam
» » “40 MİN DOLLAR HARA VƏ NƏ ÜÇÜN ÖDƏNİLMƏLİYDİ?” – İş adamı vəkilə sual edir…

reklam

“40 MİN DOLLAR HARA VƏ NƏ ÜÇÜN ÖDƏNİLMƏLİYDİ?” – İş adamı vəkilə sual edir…

Xəbər verdiyimiz kimi, türk iş adamı Hızır Ekşi vəkil Aslan İsmayılovu saxtakarlıq və fırıldaqşılıqda ittiham edib. O, “AzPolitika”ya açıqlamasında bildirib ki, təxminən 2 il əvvəl Aslan İsmayılov Gürcüstanda onun qardaşı ilə bağlı yaranmış problemi həll etmək üçün oğlu Vaqifin vasitəsilə ondan 40 min ABŞ dolları alıb, lakin nə işini düzəldib, nə də pulu geri qaytarır (Qeyd edək ki, A.İsmayılov oğlu Vaqifin iştirakı ilə Hızır Ekşidən 40 min dollar alındığını etiraf edib. Bu haqda başqa yazıda məlumat veriləcək-red.).

Son 2 ayda davamlı olaraq KİV-lər və sosial şəbəkələrdə Aslan İsmayılovun hücumlarına məruz qalan iş adamı, “Xəmsə” holdinqin sahibi Mürvət Həsənli bu məsələyə münasibət bildirib. Onun “Facebook”da paylaşdığı yazısını təqdim edirik:

“Su səhəngi su yolunda sınar!”

murvet01“Ömür Oralla aramızdakı hüquqi mübahisədə qarşı tərəfin vəkili kimi çıxış edən və barəmdə əsassız ittihamlar irəli sürən Aslan İsmayılovun özünün fırıldaqçı olduğu, türkiyəli bir iş adamını aldadıb 40 min dollarını mənimsədiyi ortaya çıxıb. Bu barədə Azpolitika.info saytı məlumat yayıb. Sayta açıqlama verən türkiyəli iş adamı Hızır Ekşinin iddialarını, maraqlıdır ki, Aslan İsmayılov da təsdiqləyib.

O, dünən facebook səhifəsində yenə özünəməxsus təhqiramiz ifadələrlə mənə və halal pulunu istəyən türkiyəli iş adamına hücum etdikdən sonra, 40 min dollar məsələsinə bu cür aydınlıq gətirib:
“Paata mənə zəng edib problemin nə olduğunu bildiyini, cinayət işinin şişirdilmiş olduğu və həll edəcəyini bildirdi. Bildirdi ki, bunun üçün axtarış ləğv olunmalı və Halil Tbilisiyə gəlib ifadə verməlidir. Əlavə olaraq dedi ki, qanuna görə Gürcüstanda məhkəmə hesabına 40 min dollar (bu qədər edəcək gürcü valyutası – lari) yatırılması vacibdir. Hızır bir nəfəri həmin məbləğlə Tbilisiyə göndərdi və həmin türk pulu əlbəəl Paataya verdi”.

Aslan İsmayılovun bu “səmimi” etirafında şəxsən məni və yəqin ki, onu izləyən hər kəsi şübhəyə salan bir sıra mətləblər var. Əvvəla, özündən başqa hər kəsi şərəfsiz, dələduz, böhtançı, özünü isə kişi adlandıran bu adam zəhmət çəkib aydınlıq gətirsin ki, görək, məhkəməyə ödəmək adıyla Hızır Ekşidən alınan 40 min dollar hara və nə üçün yatırılmalıydı? Əgər söhbət məhkəməyə ödənəcək dövlət rüsumundan gedirsə, doğrudanmı, Aslan İsmayılov Azərbaycan xalqının 40 min dolların bu ödəniş üçün astronomik miqdar olduğunu anlamayacaq qədər cahil sayır? Axı dünyanın istənilən ölkəsində məhkəmə rüsumları simvolik miqdarda olur və uzağı, 40-50 dollar arasında dəyişir. Gürcüstan kimi kasıb bir ölkənin məhkəməsinin bu məbləğin min mislini rüsum kimi tələb etməsi nə dərəcədə inandırıcıdır?

Digər tərəfdən adətən, dövlət rüsumlarının ödənəcəyi hesablar olur və özünü vəkil adlandıran bu adam da yəqin, bundan bixəbər deyil. Elədirsə, Aslan İsmayılov nə əcəb müvəkkilinə bu qədər külli vəsaiti həmin rəsmi hesaba ödənilməsini yox, özünün Paata adlı gürcü dostuna əlbəəl verilməsini təklif edib? Bu məsələdə onun marağı nə olub?

Şəxsən mənim fikrimcə, bu müəmmaların yalnız bir səbəbi ola bilər: öz gürcü dostuyla cinayət əlaqəsinə girib, Türkiyə vətəndaşını aldadaraq 40 min dollarını mənimsəmək. Görünür, Paata adlı gürcü fırıldaqçı ondan daha çoxbilmiş çıxıb və təkcə türkə deyil, həm də Aslan İsmayılova atıb. Birgə “ovlamağa” çalışdıqları türkiyəli iş adamının pulunu ələ keçirəndən sonra Aslan İsmayılovla bütün əlaqələri kəsib. Bir növ, bütün fırıldaqçıların ana fəlsəfəsinə çevrilən “oğrudan oğruya halaldır” məntiqiylə çıxış edərək, özünün azərbaycanlı həmkarının yaxasını Hızır Ekşinin əlində buraxaraq aradan çıxıb.

Gürcü fırıldaqçıyla cinayət əlaqəsinə girib bir türkü aldadan Aslan İsmayılovun ən naqis tərəfi müqəddəs don geyindirməyə çalışdığı əməllərini ictimai müzakirəyə çıxarması, məsələləri hüquq müstəvisində deyil, Azərbaycan xalqının mənəvi duyğularını istismar edərək, həll etməyə çalışmasıdır. Bu, əslində gözlənilməz də deyildi, çünki bütün oğrular da məhz bu metoddan istifadə edir, “qara məni basınca, mən qaranı basım” düşüncəsinə sığınır. Atalar demişkən, “oğru elə bağırır ki, doğrunun bağrı yarılır”.

Azərbaycan xalqının genişürəkliyindən, acıma duyğusundan istifadə edərək, fırıldaqlarına haqq qazandırmağa çalışan Aslan İsmayılov, heç olmasa unutmasın ki, bir gürcüylə birləşib aldatmaq istədiyi iş adamı mərhəmətinə sığındığı, timsah kimi göz yaşı tökərək, çörəyini yediyi bu xalqın doğma qardaşı olan türkdür. Tarixi, mədəni, mənəvi ortaq dəyərlərimiz bizi eyni ailənin müxtəlif fərdlərinə çevirib və Aslan İsmayılovun gürcü həmkarıyla birləşib bir türkə fırıldaq gəlməsi öz qardaşını özgəyə satmaqla eyni mənaya gəlir.

Tarix həmişə qardaşı yada satan insanları ağır cəzalandırır. Əksər hallarda isə ona cəzanı elə öz ortaqlarının, satıldığı şəxslərin əliylə verir. Gah erməniylə əlbir olub azərbaycanlı iş adamının işgüzar nüfuzuna zərbə vurmağa, haqqında təhqiramiz fikirlər səsləndirməyə, gah da gürcü fırıldaqçıyla bərabər türk iş adamına atmağa çalışan və öz çikin əməllərinə aludə olub, milli şüurunu itirən Aslan İsmayılova tarixdən bir misal gətirərək, yatmış vicdanını oyatmaq istəyirəm. Baxmayaraq ki, bu qəflət yuxusu o qədər dərindir ki, hər hansı ibrətamiz fikir və rəvayətlərlə onu oyandırmaq çətindir, mən yenə öz yolgöstərici missiyamı həyata keçirmək niyyətindəyəm.

Tarixin bizə öyrətdiyinə görə, monqollar Rusiyaya hücum edərkən bir rus knyazı onların tərəfinə keçir. Monqollar həmin knyazın vasitəsilə daha 5 knyazlığın qala divarlarının açarlarını əldə edirlər. Bütün knyazlıqlar alındıqdan sonra monqol hökmdarı ondan 6-cı açarı istəyir. Knyaz cavab verir:
- Artıq Rusiyada alınacaq heç bir yer qalmadı.

Monqol hökmdarı cəlladlarından rus knyazının boynunun vurulmasını tələb edir. Knyaz təəccüb və yalvarış dolu baxışlarıyla xaqana baxır və deyir:
- Qibleyi-aləm, axı mən sizə heç kimin etmədiyi yaxşılıqları etdim. Mənim xidmətlərim olmasaydı, siz bir knyazlığı belə, ala bilməzdiniz. Bəs, indi məni mükafatlandırmaq əvəzinə, niyə edam etdirirsiniz?

Xaqan cavab verir:
- Sən öz xalqına xəyanət etdin. Vətənini yadellilərə satdın. Öz doğmalarına qarşı bu xəyanəti edən birisi, əlinə fürsət keçərsə, mənim kimi yada nə cür zərəbə vura bilər; bunu təsəvvürdə canlandırmaq belə, mümkün deyil. Sənin kimi əclafın dirisindənsə ölüsü yaxşıdır.

Aslan İsmayılovun gürcü fırıldaqçı həmkarı tərəfindən aldadılması da (əgər həqiqətən də aldadılıbsa və 40 min dolları bərabər bölməyiblərsə), mahiyyət etibarilə monqol xaqanının satqın rus knyazını edam etdirməsindən başqa bir şey deyil”.















Paylaş:


Müəllif : Tarix:
14-05-2017, 16:14
  
loading...