reklam
» » Moskvada Azərbaycan dili dərsliyi işıq üzü görüb - FOTO

reklam

Moskvada Azərbaycan dili dərsliyi işıq üzü görüb - FOTO

Moskvada rus dilində Azərbaycan dili dərsliyi işıq üzü görüb.
"Report"un Rusiya bürosunun məlumatına görə, kitab şərq dillərini öyrənən rusdilli ali məktəb tələbələri üçün tələbələrin peşəkar səviyyədə ünsiyyət qurmasının formalaşması və inkişafı məqsədilə nəşr edilib.
"Azərbaycan dili. Başlanğıc kurs" kitabı "Tezaurus" nəşriyyatı tərəfindən, filologiya elmləri doktoru Dmitri Nasilovun və tarix elmləri doktoru Jibek Sızdıkovanın redaktəsi ilə dərc edilib.
Kitabın müəlliflərindən olan Leylaxanım İsmayılova artıq 15 ildir Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunda Azərbaycan dilini tədris edir. Dərsliyin əsas fəsilləri onun rusdilli əcnəbilər üçün Azərbaycan dilinin tədrisi üzrə pedaqoji təcrübəsindən ibarətdir.
"Artıq bir neçə ildir institutumuzda Mərkəzi Asiya və Qafqaz kafedrasında Heydər Əliyev Fondunun dəstəyi ilə açılan Azərbaycan dili guşəsi fəaliyyət göstərir. Bu, əlbəttə ki, ali məktəbdə Azərbaycan dilinin öyrənilməsinin inkişafına kömək edir. Dərc edilən dərslik ikinci belə vəsait olub: ilk dərslik 2009-cu ildə MDB ölkələrinin Humanitar Əməkdaşlıq Fondunun yardımı ilə dərc edilmişdi", - L.İsmayılova bildirib.
Onun sözlərinə görə, kitab bir il ərzində Azərbaycan Dillər İnstitutunun müəllimi Səbinə Əliyeva ilə birlikdə yazılıb.



Paylaş:


Müəllif : Tarix:
31-07-2017, 15:30
  


loading...
Загрузка...