X
Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrinin hüquqları artırılıb - islahat » Regionxeberleri.com Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrinin hüquqları artırılıb - islahat » Regionxeberleri.com

reklam
» » Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrinin hüquqları artırılıb - islahat

reklam

Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrinin hüquqları artırılıb - islahat

 
Azərbaycanda sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrinin hüquqları artırılıb.

Trend-in məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”yə dəyişiklik edilib.

Yeni dəyişikliklə nəzarət-buraxılış məntəqələrinin hüquqları artırılıb. Belə ki, artıq sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrinin hüquqlarına həm də mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq üçün Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə - yüklərə və başqa əşyalara Dövlət Sərhəd Xidmətinin müəyyən etdiyi qaydada - baxış keçirilməsini təmin etmək, qanunvericiliklə müəyyən edilmiş hallarda sərhədçi dəstələri ilə nəqliyyat vasitələrini müşayiət etmək daxil olub.

Hazırda sərhəd nəzarəti dövlət sərhədini pozan şəxslərin aşkar edilməsi və onların qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən qanunsuz keçirilməsinin qarşısının alınması, buraxılış məntəqəsində müəyyən edilmiş rejimin təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Yeni dəyişikliklə sərhəd nəzarəti təmin edilən əşyalara həm də mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyalar da aid edilib.


Paylaş:


Müəllif : Tarix:
1-08-2017, 10:27
  


loading...