X
Bakıda bu yol 3 gün bağlı olacaq - XƏBƏRDARLIQ » Regionxeberleri.com Bakıda bu yol 3 gün bağlı olacaq - XƏBƏRDARLIQ » Regionxeberleri.com

reklam
» » Bakıda bu yol 3 gün bağlı olacaq - XƏBƏRDARLIQ

reklam

Bakıda bu yol 3 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Bakının Balaxanı-Binəqədi yolu 3 gün bağlı olacaq.
 
Regionxeberleri.com “Azəravtoyol”a istinadən xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu  Balaxanı-Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.
 
Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün avqust ayının 11- nə kimi qüvvədə olacaq.
 
“Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.


Paylaş:


Müəllif : Tarix:
8-08-2017, 17:03
  


loading...