reklam
» » "Sərhədsiz İnsan Hüquqlarının Müdafiəsi" təşkilatı bəyanat yayıb

"Sərhədsiz İnsan Hüquqlarının Müdafiəsi" təşkilatı bəyanat yayıb

 
Tanınmış hüquq müdafiəçisi Oktay İsgəndərlinin rəhbəri olduğu "Sərhədsiz İnsan Hüquqlarının Müdafiəsi"  təşkilatı bəyanat yayıb.

Gənc bloger Mehman Hüseynovun şərlənərək fiziki təzyiq göstərilməklə, ədalətsiz məhkəmə qərarına etiraz  bəyanatı                                                                                        
Mehman Hüseynov Azərbaycanda içtimaiyət tərəfindən yaxşı tanınan və hörmət edilən gənc blogerdir. Onun peşə fəaliyyəti  cinayətkar oliqarxları korrupsioner və rüşvətxor məmurların əməllərini ifşa edib ictimaiyətə catdırmaqdır. Lakin belə fəaliyət hökumət tərəfindən himayə edilən oliqarxların qəzəbinə tuş gəlmək təhlükəsi sonda müstəqil olmayan ədalətsiz məhkəmə hökmü ilə  başa catdı.

 "Sərhədsiz İnsan Hüquqlarının Müdafiəsi"  ölkədə  insan haqlarını qoruyan bir təşkilat olaraq gənc bloger Mehman Hüseynova qarşı   edilmiş haqsızlıqları aşağıdakı kimi dəyərləndirir.

1. M.Hüseynovun cəzalandırılması onun peşakar fəaliyyəti ilə bağlıdır
2. M Hüseynovu cinayətkar oliqarxları, korrupsioner məmurları ifşa etməkdən cəkindirmək  məqsədi daşıyır
3.M.Hüseynova qarşı qeyri insani, qanunsuz  hərəkətlər  digər bloger və içtimai fəallara xəbardarlıq kimi dəyərləndirilir
Mehman Hüseynova qarşı törədilən qeyri insani  hərəkətlər və qanunsuz məhkəmə hökmü haqqında məlumatlar beynəlxalq  təşkilatlara çatdırılacaq.

"Sərhədsiz İnsan Hüquqlarının Müdafiəsi"  təşkilatının prezidenti hüquq müdafiəcisi Oktay İsgəndərli

"Defense   of Human Rights Without Frontiers"  

Göyçay şəhəri .10yanvar 2017 ci il




Paylaş:


Müəllif : Tarix:
10-01-2017, 22:42
  
loading...