» » Supermarketlər cibimizi belə soyur - MEXANİZM

Supermarketlər cibimizi belə soyur - MEXANİZM

Marketinq üzrə psixoloqlar belə hesab edir ki, böyük marketlər şəbəkələrinin yaradılması alıcıların “soyulmasına”, özlərinin isə daha çox gəlir götürməsinə hesablanıb. Topdansatışla daha çox məhsul götürdükləri üçün qiymətlər sərfəlidir.Qiymətlərin sərfəli olmasına baxmayaraq bu marketlər sərfəli qiymətlərlə alıcıların cibini soyur.

Təxminən 5-10 il öncə Azərbaycanda böyük marketlərin üstünlük təşkil etmədiyi bir dövrdə kiçik mağazalar vardı. Məhəllə mağazaları olan bu alış məntəqəsindən bazarlıq edərkən o qədər də çox vəsait xərcləmirdik.Öncədən tutduğumuz siyahıda yazılanları alıb evə dönürdük.Həm də məhəllədə alıcı-satıcı münasibəti formalaşmışdı.Lakin bu gün böyük marketlərin yaradılması kiçik mağazaları, o cümlədən də münasibətləri sıradan çıxarıb.Bir çoxları düşünür ki, bu cür marketlərdən alış-veriş etməklə ciblərindəki pula qənaət etmiş olurlar.Lakin ekspertlər bunun əksini düşünürlər.Onlar deyirlər ki, kiçik mağazadan daha yüksək qiymətlə məhsul almaq sərfəlidir, nəinki iri marketlərdən alış-veriş etmək. Məsələnin psixoloji tərəfi isə belə izah olunur: Təsəvvür edin ki, şirniyyat almaq üçün mağazaya daxil olmusuz. Əlinizdə kifayət qədər pul olsa da, problemlərin həlli sizi gözləyir. Əlbəttə, pulunuz olmalıdır ki, bir çox problemləri həll edə biləsiniz.Bu zaman həm həkimə getməlisiniz, həm də kredit ödəməlisiniz.Lakin mağazaya girər-girməz problemlər arxa plana keçir.Səbəti əlinizə alaraq alış-verişə başalyırsınız.İri marketdə hər şey sizin əlinizin altında olacaq.İstədiyiniz şeyi səbətə qoya bilirsiniz.Çeşidlər də N qədərdir.Hətta olur ki, şirniyyat olaraq bir neçə növdə məhsul alırsınız.Səbəti doldurarkən son məbləği düşünmək ağlımızın ucundan belə keçmir.Kassaya yaxınlaşıb, pulu ödədikdən sonra iş-işdən keçmiş olur.

Böyük marketə girməzdən öncə düşünürük ki, eyni məhsulu kiçik mağazadan alsaydıq, 40 qəpik geriyə düşmüş olardıq.Lakin bu zaman biz yalnız 40 qəpik geriləyəcəydik.Çünki siyahıda bir-iki ərzaqın adı vardı.Belədə isə büdcəmizə daha çox ziyan dəyir.Böyük marketlərdən yalnız aylıq alış-veriş üçün istifadə etmək sərfəlidir.

Psixoloq Elnur Rüstəmov Cebhe.info-ya açıqlamasında bu haqda danışaraq bildirib ki, böyük marketlərin geniş, işıqlı, əlverişli olması, uşaqlar üçün şəraitin yaradılması alıcılıq qabiliyyətini artırır: “Hətta müştərini feyziyab etmək üçün müxtəlif musiqilər səsləndirilir. Müştərinin daha sərbəst və rahat vaxt keçirtməsi daha çox alış-veriş etməyə zəmin yaradır.İnanmıram ki öncələr olduğu kimi kimsə təkcə çörək almaq üçün marketə getsin.Çörəklə yanaşı bir neçə ərzaq məhsulu da alıcının diqqətini çəkir”.

Bundan başqa çeşidlərin müxtəlif olması, iri market olduğu üçün topdansatış buarada daha ucuz başa gəlir və təqdim olunan qiymətlər də alıcıların ürəyincədir. Psixoloqun sözlərinə görə, mini marketlərin də hər zaman müştərisi olacaq: “İnsanlar gündəlik, xırda tələbatlarını ödəmək üçün daha yaxın ərazidə yerləşən bu marketlərə üz tutacaq. Bununla yanaşı hələ də bir çoxlarının nisyə mal adlığını nəzərə alsaq, deyə bilərik ki, kiçik mağaza erası başa çatmayıb”.

Psixoloq bildirir ki, böyük marketlər kimi kiçik mağazaların da öz kütləsi var: “İnsanlar xırda tələbatları ödəmək üçün kiçik mağazalara, böyük tələbatları ödəmək üçün hipermarketlərə üz tuturlar. Böyük marketlərdə hətta uşaq geyimləri, bəzi məişət avadanlıqları da satılır ki, bu da insanların vaxtına qənaət edərək daha uzaq məsafələrə deyil, məhz bu marketlər şəbəkəsinə üz tutmasına səbəb olur”.

E.Rüstəmovun sözlərinə görə, böyük marketdə qənaətcil olmaq mümkünsüzdür: “Bu zaman insanların eqosu böyüyür, daha çox alış-veriş etmək istəyir. Ola bilər ki çox az qisim insan konkret almaq istədiyi ərzaq məhsulunu səbətə qoymaqla kifayətlənir. Lakin böyük əksəriyyət nəzərdə tutulandna daha çox alış-veriş edir”.Daha çox qənaətcil olmaq üçün nə etmək lazımdır? Bu sualın da maraqlı cavabı var: “Hər zaman tövsiyə edirik ki, çalışın, ac olarkən alış-verişə getməyin. Çünki bu zaman insan daha lazımsız şeylərə pul xərcləyə bilər.İnsan ac olarkən gördüyü hər şeyi almaq istəyir”.


Paylaş:


Müəllif : Tarix:
16-08-2017, 15:06
  
loading...