» » “Azərbaycanda tərkibində insan əti olan kolbasaların satıldığı istisna deyil” - ŞOK

“Azərbaycanda tərkibində insan əti olan kolbasaların satıldığı istisna deyil” - ŞOK

Rusiyanın "Mortadel” ət kombinatında istehsal olunan kolbasaların tərkibində insan ətinin aşkar edildiyi ilə bağlı məlumat vermişdik. İddia olunur ki, kombinatın "Kral” və "Dənəvər servelat” kolbasaları üzərində aparılan tədqiqatlar zamanı tərkibində insan əti olduğu müəyyən edilib. Bildirilir ki, kimsəsiz meyitlər ət kombinatına təhvil verilir və onların əti kolbasalara vurulur.

Bəs Azərbaycanda belə hallar müşahidə oluna bilərmi?

Məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, Azərbaycan istehsalçısı buna risk etməz: "Azərbaycan istehsalçısının belə məhsul istehsal etməsi mümkün deyil. Xarici ölkələrdə ola bilər. Lakin xarici ölkələrdə istehsal edilmiş və tərkibində insan əti olan kolbasaların Azərbaycana idxalı istisna edilmir. Ola bilər ki, gətirilir və satılır. Ölkədən qidanın təhlükəsizliyinə dair qanun yoxdur, qanun olmayan yerdə də cinayət baş verir. Ölkə prezidentinin bu ilin fevral ayında imzaladığı sərəncamla Qida Agentliyi yaradılacaq və belə cinayətlər azalacaq”.

E. Hüseynov "Mortadel” ət kombinatında istehsal olunmuş kolbasaların Azərbaycana idxal edilib-edilmədiyindən xəbərsiz olduğunu da bildirib. Əlavə edib ki, Azad İstehlakçılar Birliyi kolbasaların tərkibini müəyyən edən unikal cihaz əldə edəcək: "Həmin cihaz kolbasanın tərkibində donuz, at yaxud eşşək əti olduğunu müəyyən edəcək. İstehlakçılar üçün təmənnasız olaraq istifadə edəcəyik. Kim istəsə, aldığı kolbasanı gətirib, tərkibini yoxlatdıra bilər”.


Paylaş:


Müəllif : Tarix:
17-08-2017, 12:52
  
loading...