Tolik işıq idarəsindən şikayət etdi:"Bezdim" » Regionxeberleri.com Tolik işıq idarəsindən şikayət etdi:"Bezdim" » Regionxeberleri.com

reklam
» » Tolik işıq idarəsindən şikayət etdi:"Bezdim"

reklam

Tolik işıq idarəsindən şikayət etdi:"Bezdim"

Prodüser Tarix Əliyev (Tolik) işıq idarəsindən şikayət edib.
Regionxeberleri.com - un Axşam.az - a istinadən məlumatına görə, Xırdalan şəhərində yaşayan Tolik işıqların tez-tez sönməsindən gileylənib:
“Yenə bağdan gəldim bu Xırdalana dərdim başladı. İki gündü işıqlar kəsilir. Dünən bir başqa yerdə, bu gün guya hansısa marketdə qəza olub. Bezdirdilər… Yalandan yolun kənarı ilə yeni xətt çəkdilər, amma nə fayda. Qarşıdan soyuq havalar gəlir, burda da gündə işıqlar keçəcək, daha bezdim. Mənə həmişə deyirdilər Xırdalan problemli yerdir, inanmırdım. İki ildə burada gördüyümü gördüm.
Bu qədər ev tikilir, yol salınır, pul qoyulur, camaat gəlir ev alır, amma buranın işıq, qaz, yol problemi düzəlmir. Bir yolda nə qədər konalizasiya quyusu olar? Camaat yazıqdır, maşınları pis günə qalır. Hara baxır bunlar bilmirəm”.
Qeyd edək ki, Tolik bundan əvvəl də dəfələrlə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən şikayət edib.


Paylaş:


Müəllif : Tarix:
19-08-2017, 18:21
  


loading...