» » Rusiyada yeni paytaxt şəhəri təklif edilib

Rusiyada yeni paytaxt şəhəri təklif edilib

Rusiyanın “Vahid Rusiya” partiyası Yekaterinburqun  ölkənin yeni paytaxtı olmasını təklif edib.

Bu barədə Facebook səhifəsində partiyanın Ali Şurasının üzvü Dmitriy Orlov deyib.

“Moskva Rusiyanın coğrafi mərkəzindən çox uzaq yerləşir. Onun inkişafı isə Moskva aqlomerasiyasının hipertrofiyasına gətirib çıxarır. Bu iki arqument paytaxtın Moskvadan Ural, qərbi Sibir və ya Povoljyeyə köçürülməsi barədə müzakirələri başlamağa kifayətdir”, - Orlov yazıb.  

Onun qənaətinə görə, Yekaterinburq şəhəri məsələnin “ən adekvat həllidir”. O əlavə edib ki, paytaxt funksiyaların bir hissəsini digər şəhərlərə də vermək olar.


Paylaş:


Müəllif : Tarix:
20-08-2017, 23:50
  
loading...