» » Bir qrup hüquq müdafiəçisi Prezidentə müraciət etdi

Bir qrup hüquq müdafiəçisi Prezidentə müraciət etdi

 
Bir qrup azərbaycanlı hüquq müdafiəçisi “Turan” İnformasiya Agentliyinə qarşı başlanmış cinayət işilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib.  RegionXeberleri.com-un  virtualaz.org-a istinadən məlumatına görə, hüquq müdafiəçiləri bildiriblər ki, “Turan” İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən təsis edilən, keçmiş SSRİ-də ilk müstəqil agentliklərdən biridir.
"“Turan” İA ölkəmizdə siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, market, qanunvericilik, din, mədəniyyət, idman mövzularında xəbərlər hazırlamaq ilə yanaşı Azərbaycanla bağlı analitik məqalələr və icmalların hazırlanmasında xüsusi rola malikdir.
 
Bütün bunları nəzərə alaraq hüquq müdafiəçiləri adından Sizdən rica edirik ki, “Turan” İA ilə bağlı prosesi nəzarətə götürəsiniz”, - deyə müraciətdə bildirilir.
 
Həmin qrup eyni zamanda Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət edib.
 
Müraciəti Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva və Əvəz Həsənov imzalayıblar.



Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 21:57
  
loading...