X
Sabah hava yağmursuz olacaq - Belə deyirlər... » Regionxeberleri.com Sabah hava yağmursuz olacaq - Belə deyirlər... » Regionxeberleri.com

reklam
» » Sabah hava yağmursuz olacaq - Belə deyirlər...

reklam

Sabah hava yağmursuz olacaq - Belə deyirlər...

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda

26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Rayonlarda əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
30-08-2017, 12:53
  


loading...