X
Pəncərələrdən günəş panelləri kimi də istifadə mümkün olacaq » Regionxeberleri.com Pəncərələrdən günəş panelləri kimi də istifadə mümkün olacaq » Regionxeberleri.com

reklam
» » Pəncərələrdən günəş panelləri kimi də istifadə mümkün olacaq

reklam

Pəncərələrdən günəş panelləri kimi də istifadə mümkün olacaq

 
ABŞ-ın “SolarWindow Technologies” startapı tərəfindən pəncərələr üçün maye örtük hazırlanıb. Trend-in məlumatına görə, yeni material pəncərələri elektrik enerjisi hasil edən günəş panellərinə çevirir.

Belə ki, şüşə və ya ikiqat plastik pəncərə sistemlərinin üzərinə çəkilən örtük quruduqdan sonra karbon materialı, hidrogen, azot və oksigendən ibarət nazik şəffaf plyonka yaradır. Bu örtükdən keçən günəş işığı elektrik enerjisi hasil edir.

“SolarWindow” şirkətinin baş direktoru Con Konklinin sözlərinə görə, “SolarWindow” adi günəş panelləri ilə müqayisədə şəffaf olduğundan elektrik enerjisinin hasili zamanı arxitekturanın gözəlliyini qoruyub saxlayır.

Sözügedən maye örtüyü ilk öncə böyük şəhər binaları və göydələnlərdə tətbiq etmək planlaşdırılır.


Paylaş:


Müəllif : Tarix:
29-09-2017, 23:17
  


loading...