reklam
» » Məzahir Pənahov maşınları satışa çıxardı

reklam

Məzahir Pənahov maşınları satışa çıxardı

 
Əmlak Məsələləri Dövlət Komitəsi Mərkəzi Seçki Komissiyasının balansında olan avtomobilləri hərraca çıxarıb.

Komitədən Axar.az-a verilən məlumata görə, növbəti hərrac 31 oktyabr tarixində keçiriləcək. Hərracda Mərkəzi Seçki Komissiyasının 2 avtomobili özəlləşdirməyə təqdim edilib. Komissiyasının təqdim etdiyi 1995-ci ilin “Volksvagen Polo” avtomobili artıq 3-cü dəfədir ki, hərraca çıxarılıb. Bundan öncəki hərraclarda satılmyan avtomobil bu dəfə 10% endirimlə təkrar hərracdadır. Avtomobilin ilkin satış qiyməti isə 1600 manatdır.

Digər avtomobil isə 1998-ci ilin “Daevoo Leganza” markalı minik maşınıdır. Bu avtomobil də artıq 5-ci dəfədir hərraca çıxarılır. Bu səbəbdən avtomobil 50% endirimlə satılır. Qiyməti isə 1127 manat təklif edilib.


Paylaş:


Müəllif : Tarix:
30-09-2017, 10:35
  


loading...
Загрузка...