X
Rusiyada idmançımızı güllələyən həmyerlimiz həbs edildi » Regionxeberleri.com Rusiyada idmançımızı güllələyən həmyerlimiz həbs edildi » Regionxeberleri.com

reklam
» » Rusiyada idmançımızı güllələyən həmyerlimiz həbs edildi

reklam

Rusiyada idmançımızı güllələyən həmyerlimiz həbs edildi


Rusiyanın Çelyabinsk əyalətində hüquq-mühafizə orqanları kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, azərbaycanlı Ramil Caniyevin qətlində şübhəli bilinən 26 yaşlı Eldəniz Bağırovu saxlayıblar.

Bu barədə Çelyabinsk əyalətinin Kurçatov rayonu üzrə İstintaq Şöbəsinin rəisi İqor Mitroxin informasiya verib.

Məlumata görə, qatil oktyabr ayının 3-də həbs edilib. Hazırda Eldəniz Bağırov müvəqqəti istintaq təcridxanasında saxlanılır.

Xatırladaq ki, Dünya kubokunun sahibi, kikboksinq üzrə idman ustası Ramil Canıyev 8 sentyabrda Ostrovski küçəsində yerləşən evinin qarşısında güllələnmişdi. Həkimlərin səylərinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmamışdı.


Paylaş:


Müəllif : Tarix:
4-10-2017, 11:30
  


loading...