X
Gürcüstanda yaralanan azərbaycanlılardan biri süni tənəffüs aparatına qoşuldu » Regionxeberleri.com Gürcüstanda yaralanan azərbaycanlılardan biri süni tənəffüs aparatına qoşuldu » Regionxeberleri.com

reklam
» » Gürcüstanda yaralanan azərbaycanlılardan biri süni tənəffüs aparatına qoşuldu

reklam

Gürcüstanda yaralanan azərbaycanlılardan biri süni tənəffüs aparatına qoşuldu

Gürcüstanın Marneuli rayonunda ötən gecə silahlı insident nəticəsində yaralanmış şəxslərin ikisi xəstəxanadan evə buraxılıb.
 
  "Gürcü Arzusu” partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarovun vəziyyəti isə ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub.
 
Xəsarət almış digər şəxslərin vəziyyəti isə stabildir.
 
Xəstəxanada keçirilmiş konsilium pasientlərin digər klinikaya köçürülməsinə ehtiyacın olmaması barədə qərar qəbul edib.
 
Xatırladaq ki, dünən naməlum şəxslər hakim "Gürcü Arzusu” partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizədi Ceyhun Çovdarov və onu müşayiət edən 4 nəfərə atəş açıblar. Onların hamısı güllə yarası alıb. Hadisə "Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında baş verib. Gürcüstan DİN faktla bağlı istintaq aparır.


Paylaş:


Müəllif : Tarix:
20-10-2017, 20:40
  


loading...