reklam
» » İki azərbaycanlı uşaq Suriyadan Bakıya gətirilib? - XİN açıqladı

reklam

İki azərbaycanlı uşaq Suriyadan Bakıya gətirilib? - XİN açıqladı

Sosial şəbəkələrdə iki azyaşlı uşağın Suriyadan Azərbaycana gətirilməsi və onların valideynlərinin axtarılmasına dair məlumat yayılıb.

“Bu uşaqları Suriyadan gətiriblər. Valideynləri və yaxud qohumları tapılmır. Xahiş olunur paylaşın bəlkə Allahın izni ilə bir köməyiniz dəyər” - məlumatda bildirilib.

Regionxeberleri.com bildirir ki, AzVision.az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat katibi Hikmət Hacıyev son günlər İraq və Suriyadan XİN xətti ilə azərbaycanlı uşaqların gətirilmədiyini bildirib.

“Sonuncu dəfə XİN-in xətti ilə Abdulla adlı azyaşlı uşaq İraqdan Azərbaycana gətirilərək yaxın qohumlarına təhvil verilib. Hazırda İraqın müvafiq orqanlanları ilə digər uşaqların Azərbaycana gətirilməsinə dair danışqılar aparılır” - H.Hacıyev deyib.


Paylaş:


Müəllif : Tarix:
23-10-2017, 11:11
  


loading...
Загрузка...