reklam
» » Təhsil Nazirliyinin sabiq əməkdaşı həbs olundu, körpə övladı ilə həbsxanaya göndərildi - YENİLƏNİB

reklam

Təhsil Nazirliyinin sabiq əməkdaşı həbs olundu, körpə övladı ilə həbsxanaya göndərildi - YENİLƏNİB

16:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.

Regionxeberleri.com - un report-a istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Ev dustaqlığında olan A.Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib. O, 1 yaşlı övladını da özü ilə həbsxanaya aparıb.

Xatırladaq ki, prokuror çıxışında hər iki qadının 9 il azadlıqdan məhrum edilməsini istəyib.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilinirlər.

S.Mansurova məhkəmədə 5 dil bildiyini, 1989-cu ildən Xəzər rayonunda uşaq poliklinikasında həkim-pediatr işlədiyini, həmçinin YAP-ın Seçki Komissiyasının üzvü oluğunu bildirib.

S.Mansurova A.Bağırovanı 2014-cü ildə tanıdığını və uşağını həmin poliklinikaya qeydiyyata saldığını deyib.

Aralarında yaranan münasibətdən sonra S.Mansurova A.Bağırovaya ona işə düzəltmək üçün adam tapmasını istəyib. A.Bağırova da vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyib.

S.Mansurova həmin vəzifəli şəxslərlə əlaqə qurmaq üçün A.Bağırovanın təklifi ilə razılaşdığını söyləyib.

Hər iki qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.

-----------

14:58

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Regionxeberleri.com - un APA-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, S. Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
A. Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsindəki ev dustaqlığı həbslə əvəz olunub. O, məhkəmə zalında həbs olunub.
 
İttihama görə, hər iki şəxs əlbir olaraq iş düzəltmək adı ilə vətəndaşlara qarşı ümumilkdə 60 min manatdan çox dələduzluq ediblər. Onlar zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb. Samirə Mansurova barəsində həbs-qətimkan, Aytəkin Bağırova barəsində isə polis nəzarətində qalma qətimkan tədbiri seçilib.


Paylaş:


Müəllif : Tarix:
24-10-2017, 16:16
  


loading...
Загрузка...