reklam
» » “Lotu Quli”nin azadlıqdakı ilk - FOTOSU

reklam

“Lotu Quli”nin azadlıqdakı ilk - FOTOSU

Azadlığa çıxmış "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) azadlığa çıxdıqdan sonrakı ilk şəkli yayılıb.
 
Regionxeberleri.com BakuPost.az - a istinadən xəbər verir ki, yerli medianın yaydığı fotonun İstanbulda çəkildiyi bildirilir. Qeyd olunur ki, kriminal avtoritet Türkiyədə ailəsinin və yaxın dostlarının əhatəsindədir. Foto da N. Səlifovun yanında duran şəxs onun qardaşı, "qanuni oğru” Namiq Səlifovdur

Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda N.Səlifov uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.

Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin N.Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib.
 
Qeyd edək ki, azadlığa çıxdığı gün bəzi media orqanları N.Səlifovun Gürcüstana getdiyini yazsa da, BakuPost.az saytı onun Türkiyəyə yollandığını bildirmişdi.


Paylaş:


Müəllif : Tarix:
26-10-2017, 14:06
  


loading...
Загрузка...