reklam
» » Nazirlik idarə rəisini 4 min manat cərimələdi

reklam

Nazirlik idarə rəisini 4 min manat cərimələdi

Nazirlik Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisini 4000 manat cərimələyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Ağsuçayın sahilində bərk mənşəli müxtəlif tərkibli tullantıların qalaqlandığı aşkar edilib.

Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov barəsində protokol tərtib olunub. O, vəzifəli şəxs qismində inzibati qaydada 4000 manat məbləğində cərimə edilib.

Həmçinin ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün Ağsu rayon Suvarma Sistemləri İdarəsinin, Ağsu Kommunal Müəssisələr Kombinatının və Ağsu şəhər bələdiyyəsinin rəhbərliyinə “məcburi göstəriş”lər verilib.


Paylaş:


Müəllif : Tarix:
3-11-2017, 15:58
  


loading...
Загрузка...