reklam
» » İNANMAYACAQSINIZ: 3-ü 1 dilim çörəyə bərabərdir

İNANMAYACAQSINIZ: 3-ü 1 dilim çörəyə bərabərdir

 
Bir çoxlarımızın sobada qovuraraq böyük həvəslə yediyi şabalıdın xeyirləri ilə yanaşı zərərləri də var. Karbohidrat tərkibli şabalıdın 3 dənəsi bir dilim çörəyə bərabər olduğu üçün həkimlər diqqətli olmağı tövsiyə edir.

Dəmir, maqneziumla zəngin olan şabalıd A, E və C vitamini ilə də zəngindir.

Kaliumla zəngin olan bu təamı müəyyən həddə qəbul etmək məsləhət görülür. Xüsusən də böyrək və şəkər xəstələrinə diqqətli olmaq tövsiyə edilir. Şabalıdın 100 qramında 160-180 kalori civarında 40 qram karbohidrat, 480 qram kalium var.

Viruslara qarşı qoruyucu özəlliyi olan şabalıd immun sisteminin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu təam həmçinin təzyiq, qan-damar dövranına da müsbət təsir edir. Hər hansı bir allergik xəstəliyi olmayan azyaşlılar üçün gündə 3-6 ədəd şabalıd yemək tövsiyə edilir.


Paylaş:


Müəllif : Tarix:
11-01-2017, 21:59
  
loading...