reklam
» » Qeyri-sabit hava noyabrın 25-dək davam edəcək - XƏBƏRDARLIQ

reklam

Qeyri-sabit hava noyabrın 25-dək davam edəcək - XƏBƏRDARLIQ

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın buludlu  olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12° isti olacağı gözlənilir.
 
Noyabrın 24-25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, bəzi yerlərdə intensiv  olacaq. Şimal-qərb küləyi  arabir güclənəcək.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
 
Nazirlik xəbərdarlıq edir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 25-i gündüzədək davam edəcək. Arabir yağış,  dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı  ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək.


Paylaş:


Müəllif : Tarix:
23-11-2017, 12:56
  


loading...
Загрузка...