reklam
» » Bakıda kabel biabırçılığı: KATV 1 camaatın televizorunu niyə kəsib? - Təcili

Bakıda kabel biabırçılığı: KATV 1 camaatın televizorunu niyə kəsib? - Təcili

 
Bakıda ən çox şikayət edilən kabel televiziyası KATV 1-dir

Abunəçilər qarşısında qüsursuz keyfiyyətli yayım təqdim etmək öhdəliyi götürən KATV 1 müştərilərin etimadını doğrultmamağa başlayıb.

Bu barədə feysbuk istifadəçisi Elçin Həsənzadə yazıb. Bir neçə gündür Yeni Yasamal 2-massivinin sakinlərinin birinin dediyinə görə KATV 1 onlara heç bir xəbər vermədən yayımı dayandırıb.

Dekabrın 30-dan KATV-1-in daxili operatorlarına abonentlər zəng edib bunu irad tutduqda operatorlar “qəza yarandığı üçün yayım dayandırılıb qısa vaxt ərzində texniki şəbəkə tərəfinden gəlib problemi həll etmirlər” deyilib.

Texniki şəbəkə abonentin şikayətini qulaqardına vurub günlərlə məsələnin həlli gecikdirilir. Hətta bu Yeni ildə kabeldə problem var bəhanəsi səbəbindən xeyli abonent bu günə televiziya üzünə həsrət qalıb.

Ölkəni bürüyən bahalaşma dalğası bütün sahələri əhatə etməkdədir.

Son xəbər ondan ibarətdir ki, kabel televiziyaları da aylıq abunə haqqını artırmağa hazırlaşır.

Hazırda “Ailə Tv”, “ATV Plyus”, “Connect tv”, “KATV” və digər kabel televiziyaları aylıq ödəniş xidmətinin pulunu artırmağı nəzərdə tutur. Onlar bunu ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirir.

Belə ki, xərclərin artması, işçilərin əmək haqlarının ödənilməsi, texniki məsrəfin çoxalması aylıq abunə pulunun qaldırılmasını şərtləndirib. Amma kabel televiziya şirkətləri nəzərə almır ki, insanların sosial şəraiti ağırlaşır.

Ötən il sözügedən operatorlar aylıq haqqı 9 manatdan 10 manata qaldırdı. Qarşıdakı günlərdə isə yeni tariflər müəyyənləşdirilir.

Ölkədə işsizlik baş alıb getdikcə, bahalaşma davam etdikcə aztəminatlı ailələrin, imkansız insanları, təqaüdçülərin, köçkünlərin və şəhid ailələrinin və digər təbəqə insanların iqtisadi vəziyyəti daha da ağırlaşır.




Paylaş:


Müəllif : Tarix:
9-01-2017, 00:08
  
loading...