reklam
» » Qeyri-sabit hava dekabrın 9-na kimi davam edəcək - ETSN

Qeyri-sabit hava dekabrın 9-na kimi davam edəcək - ETSN

“Ölkə ərazisində müşahidə olunan, qeyri -sabit yağıntılı hava şəraiti dekabrın 9-na kimi davam edəcək”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, dekabrın 9-u gündüz saatlarından başlayaraq hava şəraitinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qeyd edək ki, dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.


Paylaş:


Müəllif : Tarix:
7-12-2017, 11:19
  
loading...