X
Həbsdəki baş redaktor şikayət edir » Regionxeberleri.com Həbsdəki baş redaktor şikayət edir » Regionxeberleri.com

reklam
» » Həbsdəki baş redaktor şikayət edir

reklam

Həbsdəki baş redaktor şikayət edir

“Asiya” İnformasiya Agentliyinin şantajda təqsirləndirilən baş redaktoru Cəfər Cəfərov və onun işçiləri Sevinc Məmmədsalayeva və Fatmaxanım Qasımova birinci instansiya məhkəməsinin hökmündən şikayət veriblər.

Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatına verilib. Şikayət üzrə məhkəmənin ilkin baxış iclası fevralın 16-a təyin edilib.

Qeyd edək ki, , Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 2015-ci il martın 4-də həyata keçirilən tədbirlərlə "Asiya" İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı rayon sakini Sakit Məcidovdan hədə-qorxu ilə tələb etdiyi külli miqdarda ABŞ dollarını alarkən yaxalanıb. İlkin araşdırmalarla müəyyən edilib ki, C.Cəfərov tanışları Sevinc Məmmədsalayeva, Fatmaxanım Qasımova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olub vətəndaşlardan şantaj yolu ilə pul tələb ediblər. Onlar bu niyyətlə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birində zərərçəkənlə görüşüblər. Onda qadınlarla bir yerdə olarkən gizli çəkilmiş fotoşəkillərinin və səs yazısının olduğunu bildirən dırnaqarası baş redaktor rüsvayedici materialları kütləvi informasiya vasitələrində yayacağı hədəsi ilə 5000 manat tələb edib. Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb və onlar həbs ediliblər.

Baki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C. Cəfərov və S. Məmmədsalayev 6 il müddətinə azadlıqdan məhrum ediliblər. F.Qasımova isə 4 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.


Paylaş:


Müəllif : Tarix:
14-02-2017, 11:08
  


loading...