X
Jurnalist “Azərişıq” ASC-nin biganəliyindən fəryad edir - FOTOLAR » Regionxeberleri.com Jurnalist “Azərişıq” ASC-nin biganəliyindən fəryad edir - FOTOLAR » Regionxeberleri.com

reklam
» » Jurnalist “Azərişıq” ASC-nin biganəliyindən fəryad edir - FOTOLAR

reklam

Jurnalist “Azərişıq” ASC-nin biganəliyindən fəryad edir - FOTOLAR

Jurnalist Vasif Əlihüseyn (Əlihüseynov Vasif Əlifağa oğlu) yaşadığı Kürdəxanı qəsəbəsi yeni yaşayış massivindəki evində “Azərişıq” ASC-nin istismar müddətini başa vurmuş işıq sayğacının dəyişdirilməsi ilə bağlı quruma müraciət edib. O, bildirib ki, quruma mətbuat vasitəsi ilə müraciət etməyə onların işçilərinin yarıtmaz fəaliyyətindən sonra məcbur olub:

“Hələ oktyabr ayında Maştağa qəsəbəsində yerləşən “Azərişıq” ASC-nin nümayəndəliyində ərizə yazmışam. Orda mənə bildirdilər ki, on gün ərzində sayğacı işçilərimiz gəlib dəyişəcəklər. Amma, çox təsüflər olsun ki, heç kim gəlmədi. Noyabr ayında məcbur olub qurumun mətbuat katibi Tanrıverdi Mustafayevə zəng vurub sayğacın dəyişdirilməsini xahiş etdim. Tanrıverdi müəllim elə mənim yanımda zəng vurub tapşırıq verdi. Gün ərzində telefonuma bir neçə dəfə zəng vurub sayğacı sabah dəyişəcəklərini bildirdilər. Lakin yenə gələn olmadı.
Artıq dekabr ayıdır və bu problemlə heç kim maraqlanmır. Hansı ki, sayğacı dəyişmək birbaşa qurumun öz vəzifə borcudur. Sonra gəlib mənim özümü cərimə edəcəklər ki, sayğacın istismar müddətini başa vurub və sən niyə quruma müraciət etməmisən. Mən bu adamlara sayğacın dəyişdirilməsi üçün bütün müraciət növlərindən istifadə elədim. Sonrası qaldı bunların insafına...”


Paylaş:


Müəllif : Tarix:
11-12-2017, 11:25
  


loading...