Göyçay sakininə qarşı edilən cinayətin üstü ört-basdır edilir-ŞİKAYƏT » Regionxeberleri.com Göyçay sakininə qarşı edilən cinayətin üstü ört-basdır edilir-ŞİKAYƏT » Regionxeberleri.com

reklam
» » Göyçay sakininə qarşı edilən cinayətin üstü ört-basdır edilir-ŞİKAYƏT

reklam

Göyçay sakininə qarşı edilən cinayətin üstü ört-basdır edilir-ŞİKAYƏT

 

Göyçay rayonu Vaqif küçəsi dalan 1 ev 3 A sakini Babayev Paşa Babakişi oğlu tərəfindən RegionXeberleri.com-un elektron ünvanına şikayət daxil olmuşdur. Həmin şikayət məktubunu olduğu kimi sizlərə təqdim edirik:

"Mənim 79 yaşım var pensiyaçıyam. Mənim oğlum İsimxanın evində ailəsinin, iki azyalı övladlarının gözü qarşısında döyülərək qarət edilməsi cinayətinin üstünü ört-basdır edirlər.Hansı ki, konkret subutlar, şahidlər var ki, oğlum İsimxanın evinə Xəyal və Qulu Xancanov qardaşları basqın edib ailəsinin, azyalı uşaqlarının gözü qarşısında vəhşicəsinə döyüb xəsarət yetirib qarət etmişdilər.
01 noyabr 2017-ci il tarixdə gecə saat 11-00 radələrində Göyçay rayonunun Çayarxı kəndində yaşayan oğlum İsimxanın qonşuları Xancanov Xəyal Əziz oğlu və onun qardaşı Qulu sərxoş vəziyyətdə oğlumun evinə basqın edib onu vəhşicəsinə döyüb xəsarət yetirib qarət etmişdilər. Cinayət törətmiş Xancanov qardaşları həttda oğlumu hədələyiblər ki, şikayət etsən səni şərləyəcəyik ki, bizi bıçaqla vurmaq istəyirdin.Onlar həttda oğlumun mətbəxindən bıçaqda götürüblər ki, guya oğlum İsimxan onları vurmaq istəyib. Bu hadisə oğlumun ailəsinin, iki azyaşlı uşağının gözü qarşısında baş vermişdir.Gəlnim İismxanın həyat yoldaşı zəng edib bu barədə böyük oğlum Habilə məlumat verən kimi hadisə yerinə getmiş və dərhal Daxili İşlər Nazirliyinin 102 xidmtinə zəng edib məlumat vermişdir.Bundan bir neçə gün sonra şikayəti araşdıran Göyçay Rayon Polis Şöbəsinin təhqiqatçısı Qabil Zülfüqarov başdan sovdu araşdırma aparıb cinayət törətmiş Xancanov qardaşları ilə sövdələşib 11 noyabr 2017-ci il tarixdə cinayət işinin başlanılmadan rədd edilməsinə dair qərar çıxarmışdı.Polis təhqiqatçısı Qabil Zülfüqarov oğlum İsmixana təkidlə bildirmişdir ki, Xancanov qardaşlarının evinə basqın etməsini və cibindən pul götürmələrini izahatında qeyd etmə, eləcə yaz ki, küçədə söyüb təhqqir etdilər.Həmçinin oğluma deyib ki, Xancanov qardaşlarının əsli kökləri Zərdab rayonundandırlar Göyçay rayon prokuroru Muxtar Eminovla qohumdurlar .Oğlumda təhqiqatçının dediyi izahatı təhriklə yazmışdır.

Xancanov qardaşlarının himayədarı Göyçay rayon prokuroru Muxtar Eminovun qohum olduğu üçün onlara rayonda gözün üstə qaşın var deyən yoxdur.Bu səbəbdəndir ki, Xancanov qardaşları təxminən 5 gün öncə sərxoş vəziyyətdə idarə etdikləri kamaz markalı avtomobillə törətdikləri avtoqəza nəticəsində jiquldə olan bir-neçə şəxs ağır bədən xəsarəti almışdırlar.Həmin yaralılar hazırda xəstəxanada reanimasiya şöbəsindədirlər. Bu cinayət hadisəsinində üstü ört-basdır edilir. Bəli Göyçay rayon prokuroru Muxtar Eminov mənim oğluma qarşı quldurluq və xuliqanlıq cinayəti törətmiş Xancanov qardaşlarını açıq-aşkar müdafiə və himayə edir.Mən bir-neçə dəfə prokurorun qəbuluna düşmək istəsəmdə qəbul etməmişdir.Ümumiyyətlə Göyçay rayon prokuroru Muxtar Eminov vətəndaşları qəbul etmir.Qəbul işinə ancaq köməkçisi baxır.Prokuror Emin Muxtarovun qanunsuz fəaliyyəti barədə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edib xahiş edirəm rayon prokurorluğunu şəxsi ofisinə çevirib cinayətkar qohumlarını himayə edib insanların taleyinə biganə yanaşan prokuror Emin Muxtarovun barəsində qanunu tədbirlər görəsiniz".

RegionXeberleri.com

 


Paylaş:


Müəllif : Tarix:
15-12-2017, 13:34
  


loading...