“Fuad Türkiyəni qoruduğu üçün türklər onu işdən qovdu” » Regionxeberleri.com “Fuad Türkiyəni qoruduğu üçün türklər onu işdən qovdu” » Regionxeberleri.com

reklam
» » “Fuad Türkiyəni qoruduğu üçün türklər onu işdən qovdu”

reklam

“Fuad Türkiyəni qoruduğu üçün türklər onu işdən qovdu”

Fuad Abbasov Moskvada bir jurnalist və ekspert kimi Türkiyəyə və Azərbaycana qarşı kompaniyanı Rusiya efir məkanında ağıllı və cəsur çıxışları ilə zərərsizləşdirən fədakar bir insandır.

Bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, Moskvada yaşayan soydaşımız Fuad Abbasovla görüşüb və maraqlı söhbətləri olub:

“Rəhbərlik etdiyi "Misra.ru" saytı üçün Azərbaycanla bağlı geniş müsahibə verdim. Allah qorusun, böyük bir missiyanı üzərinə götürüb. Maraqlandığım iki sualın cavabı isə tamamilə gözlənilən idi. Öncə soruşdum ki, Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqələrin varmı? Cavab verdi ki, müraciət etsə də, səfir onu qəbul etməyib. Əlbəttə, səfirin bu hərəkətinə haqq qazandırıram, necə ola bilər ki, azərbaycanlı olasan, Rusiya məkanında efirdə Azərbaycanın və Türkiyənin maraqlarını qoruyasan, üstəlik də ermənilərlə az qala əlbəyaxaya çıxasan, Azərbaycan səfiri də səni qəbul etsin?”

Millət vəkili Türkiyə ilə bağlı da eyni suallara oxşar cavablar aldığını vurğulayıb:

“Fuad bəy Türkiyənin Rusiyadakı səfirinin onu müraciət edən kimi qəbul etdiyini, ancaq Türkiyənin rəsmi məqamlarından kiminsə telefon açıb quruca "sağ ol!" demədiyini bildirdi. Əvəzində Türkiyənin xəbər agentliyindəki işindən də uzaqlaşdırılıb. Diplomatiya belə olar! Rusların qarşısına çıxacaq adamları yox, çıxana da quruca təşəkkür bildirmirlər, üstəlik adamı işsiz də qoyurlar".

Millət vəkili bildirib ki, bu şəxs İranı müdafiə etsəydi, indi minnətdarlıq zənglərində bezara gəlmişdi:

“Fars diplomatiyasının türk diplomatiyasından üstünlüyü buradadır. Təkbaşına, dəstəksiz öz işini görür, elə bu faktın özü bizim üçün sevindiricidir ki, Rusiyada belə bir Azərbaycan vətəndaşı var”.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın “Zvezda” telekanalında yayımlanan “Porses” siyasi tok-şousunda Türkiyə-Rusiya münasibətlərinin müzakirə olunduğu proqramda azərbaycanlı jurnalist Fuad Abbasov erməni ekspert Sərkis Saturyanla əlbəyaxaya çıxıb.

Hadisəyə səbəb erməni ekspertin Türkiyə ilə bağlı səsləndiyi təhqiramiz fikirlər olub.


Paylaş:


Müəllif : Tarix:
16-12-2017, 23:41
  


loading...