528 nəfər qidadan zəhərləndi, ölənlərin sayı 4-ə çatdı » Regionxeberleri.com 528 nəfər qidadan zəhərləndi, ölənlərin sayı 4-ə çatdı » Regionxeberleri.com

reklam
» » 528 nəfər qidadan zəhərləndi, ölənlərin sayı 4-ə çatdı

reklam

528 nəfər qidadan zəhərləndi, ölənlərin sayı 4-ə çatdı

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 318 qida zəhərlənməsi baş verib.

Regionxeberleri.com bildirir ki, bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 528 nəfər zərər çəkib.

Yanvar-noyabr ayları ərzində 19 botulizm hadisəsi baş verib. Nəticədə 35 nəfər zəhərlənib, 4 nəfər dünyasını dəyişib. Botulizmdən sonuncu ölüm hadisəsi Bakının Nəsimi rayonu ərazisində, hisə verilmiş balıqdan baş verib. Ondan əvvəl baş verən ölüm hadisələrinə isə məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub.


Paylaş:


Müəllif : Tarix:
18-12-2017, 09:41
  


loading...