X
Putinin ən böyük düşməni 50 yaşında - Foto » Regionxeberleri.com Putinin ən böyük düşməni 50 yaşında - Foto » Regionxeberleri.com

reklam
» » Putinin ən böyük düşməni 50 yaşında - Foto

reklam

Putinin ən böyük düşməni 50 yaşında - Foto

Bu gün Mixail Saakaşvilinin 50 yaşı tamam olur.

Mixail Saakaşvili 1967-ci ildə Gürcüstanda anadan olub. Ukrayna və ABŞ-da təhsili alan siyasətçi 1995-ci ildə ölkəsinə qayıdaraq siyasətə qoşulub. Tezliklə Tiflis Şəhər Şurasının sədri seçilib.

Saakaşvilinin aktiv siyasi fəaliyyəti Gürcüstanda təşkil etdiyi Qızılgül İnqilabından sonra başlayır. Bu inqilab nəticəsində Prezident Eduard Şevardnadze devrilir. Saakaşvili hakimiyyətə gəlir və 2013-cü ilə qədər bu postda qalır.

O, Qafqaz və MDB ölkələri tarixinə reformist kimi düşə bilib. Hakimiyyəti dönəmində Gürcüstan korrupsiya kəskin şəkildə azalıb, ölkənin siyasi sistemi yenilənib. Saakaşvili Gürcüstanda bütün qanuni oğruların fəaliyyətini rəsmən qadağan edib.

Şevardnadzenin devrilməsindən sonra qərbyönlü siyasət yürüdən Saakaşvili indiyə qədər Rusiyanın ən böyük düşmənlərindən biri sayılır. Onun hakimiyyəti dönəmində Gürcüstan-Rusiya müharibəsi yaşanıb və Tiflis Cənubi Osetiyanı itirib. Bu müharibə Rusiyanın qələbəsi ilə bitsə də, Moskva böyük maliyyə itkilərinə məruz qalıb.

Saakaşvili “Putinin şəxsi düşməni” adlandırılır. O, Gürcüstanı tam olaraq Rusiyanın nəzarətindən çıxarmağı bacarıb.

Saakaşvili Gürcüstanda bəzi cinayətlərdə iştirakda da ittiham olunur. Xüsusilə hakimiyyətinin ikinci dönəmində müxalifət Saakaşvilini siyasi represiyalar başlatmaqda günahlandırır.

Prezidentliyi bitdikdən sonra Saakaşvili Gürcüstandan ayrılaraq Ukraynaya gedib. Burada Ukrayna prezidentinin məsləhətçisi və Odessa qubernatoru kimi çalışan Saakaşvili hazırda ölkə müxalifətinin əsas liderlərindən sayılır.

Bir çox ziddiyyətli addımı ilə tanınsa da, qəbul olunan yeganə şey Saakaşvilinin həqiqətən reformist olmasıdır.








 


Paylaş:


Müəllif : Tarix:
21-12-2017, 14:13
  


loading...