Hava yenidən dəyişəcək - Qar yağacaq, yollar buz bağlayacaq » Regionxeberleri.com Hava yenidən dəyişəcək - Qar yağacaq, yollar buz bağlayacaq » Regionxeberleri.com

reklam
» » Hava yenidən dəyişəcək - Qar yağacaq, yollar buz bağlayacaq

reklam

Hava yenidən dəyişəcək - Qar yağacaq, yollar buz bağlayacaq

Bakı və Abşeron yarımadasında fevralın 16-da gün ərzində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
 
Şimal-qərb küləyi arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, Bakıda gecə 1°-dək isti, gündüz  3-5° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 764  mm civə sütunundan 771  mm civə sütununa yüksələcək.
Nisbi rütubət  80-90 % təşkil edəcək.
 
Fevralın 16-sı gündüzdən 17-si axşamadək Bakı və Abşeron yarımadasında hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir.
 
Fevralın 16-sı gündüz, 17-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Paylaş:


Müəllif : Tarix:
15-02-2017, 14:13
  


loading...