X
Bakıda 52 yaşlı qadın attestat almaq üçün imtahan verdi » Regionxeberleri.com Bakıda 52 yaşlı qadın attestat almaq üçün imtahan verdi » Regionxeberleri.com

reklam
» » Bakıda 52 yaşlı qadın attestat almaq üçün imtahan verdi

reklam

Bakıda 52 yaşlı qadın attestat almaq üçün imtahan verdi

Bakıda 9-cu sinfədək təhsil ala bilməyənlər üçün keçirilən eksternat imtahanında iştirak edənlər arasında 30-40 yaşlı, hətta 52 yaşlı insan da olub.

Regionxeberleri.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi Trend-in sorğusuna cavab olaraq bildirib.

İdarədən qeyd edilib ki, dekabrın 26-27-də Bakı şəhəri üzrə eksternat imtahanları keçirilib.

İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak ediblər.

İmtahanlarda iştirak edənlərdən 15 nəfəri 30-40 yaş, 11 nəfəri 25-30 yaş, 40 nəfər 20-25 yaş, 33 nəfər isə 16-20 yaş arasında olub. İmtahan verənlərdən 1 nəfəri isə 52 yaşında olub.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olurlar.


Paylaş:


Müəllif : Tarix:
28-12-2017, 15:17
  


loading...