reklam
» » Mikayıl Cabbarov 64 nəfəri işdən çıxardı - Siyahı

reklam

Mikayıl Cabbarov 64 nəfəri işdən çıxardı - Siyahı

Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır.
Vergilər Nazirliyindən verilən məlumat görə, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır.
“Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb. Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır”, - deyə məlumatda vurğulanıb.
Nazirlikdən bildirilib ki, bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb. Onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.
***
Report-a istinadən işdən çıxarılan bəzi şəxslərin siyahısını təqdim edirik:
Ad, soyadTutduğu vəzifə
İlqar ƏhmədovVergilər nazirinin müşaviri, Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktoru
Nəsimi CəfərovƏlaqələndirmə və idarəetmə Departamentinin baş direktorun müavini
Raqif QurbanovBakı şəhəri Lokal gəlirlər Departamentinin baş direktorunun I müavini
Mübariz VerdiyevMilli gəlirlər Departamentinin şöbə rəhbəri
Natiq MəmmədovBakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Mübariz ƏmiraslanovBakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Qabil TarquliyevBakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Tariyel ŞahbazovBakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Elxan HəsənzadəBakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Kəmaləddin BaxşəliyevBakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun müavini
Nicat MəmmədzadəBakı şəhəri Lokal gəlirlər Departamenti, böyük DVM
Nazim CahangirovBakı şəhəri Lokal gəlirlər Departamenti, böyük DVM
Azər QurbanovBakı şəhəri Lokal gəlirlər Departamenti, DVM
Fuad ZeynalovBakı şəhəri Lokal gəlirlər Departamenti, DVM
Azər MehdizadəBakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin şöbə rəhbəri
Emil XanməmmədovBakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin İdarə direktoru



Paylaş:


Müəllif : Tarix:
9-01-2018, 17:42
  
loading...