reklam
» » Bu ilin ilk Ay tutulması nadir təbiət hadisəsi ilə üst-üstə düşəcək

reklam

Bu ilin ilk Ay tutulması nadir təbiət hadisəsi ilə üst-üstə düşəcək

Bu ilin ilk Ay tutulması “mavi ay”ın (bədirlənmiş ay) görünməsi ilə üst-üstə düşəcək.

Regionxeberleri.com - un “Report” - a istinadən məlumatına görə, bu, 150 ildən bir müşahidə edilən nadir təbiət hadisəsi sayılır.

Bundan əvvəl bu cür hadisə 1866-cı ildə müşahidə olunub.

“Mavi ay” nadir təbiət hadisəsidir. Bu zaman ay ərzində Ay iki dəfə bədirlənir. Belə hal bir də 2028-ci il dekabrın 31-də qeydə alınacaq.

Qeyd edək ki, sırf ayın bədirlənməsi sonuncu dəfə 2015-ci ildə müşahidə edilib. Bu ilin mart ayında isə növbəti dəfə ay bədirlənmiş formada olacaq.

Xatırladaq ki, 2018-ci ildə iki dəfə Ay tutulması qeydə alınacaq. İlk tutulma yanvarın 31-də, sonrakı tutulma isə iyulun 28-də baş verəcək.


Paylaş:


Müəllif : Tarix:
11-01-2018, 17:23
  
loading...