reklam
» » Bürclər-12 yanvar

reklam

Bürclər-12 yanvar

Qoç
Ehtiyatlı , diqqətli və dözümlü olun.  Bu gün meydana çıxan  məsələləri sürətli həll etmək olmaz , ona görə gözləməyə hazır olun və fikirlərinizdən imtina etməyin. Bəzi  Qoçlar uzun müddət təxirə saldıqları işlərə başlamağın vaxtı olduğunu hiss edəcəklər. Burada  müvəffəqiyyət qazanmaq şansınız var, ona görə yoxlamağa dəyir!
Kolleqalarla və rəhbərliklə münasibətləri yaxşılaşdırmaq üçün uyğun gündür. Ancaq işlə bağlı  sirlərlə bölüşməmək daha yaxşıdır.
Buğa
Çətin, amma məhsuldar gündür. Ehtimal ki, sizə  kimləsə mübahisə etmək, öz nöqteyi-nəzərinizi müdafiə etmək lazım olacaq. Əvvəl sizi  dəstəkləyən, istənilən ideyanın reallaşdırmasında kömək etməyə hazır olan insanlarla fikir ayrılıqları istisna edilməmişdir. Heç nəyə baxmayaraq, yenə də razılaşmağı, ümumi məqsədin nailiyyəti üçün səyləri birləşdirməyi bacaracaqsınız.
Almalarla , investisiyalarla, sazişlər bağlamağa tələsməyin. Maliyyə məsələrində  ehtiyatlı olmaq xüsusilə əhəmiyyətlidir. Heç kəsə heç nə söz verməyin! Sözünüzü tutmaq   çətin olacaq.
Əkizlər
Əhəmiyyətli və mürəkkəb işlər üçün uyğun və kifayət qədər sakit gündür. Pauza vermək, bir az istirahət etmək istəyirsiniz – əgər şərait icazə verirsə məhz belə etməniz məsləhətdir.  Sizə dəyərli olan insanlarla görüşün,nəyləsə özünüzü sevindirməyə çalışın. Kiçik almalar etmək olar, onlar uğurlu olacaqlar.
Şayiə  və dedi-qodu yayan insanlardan uzaq durun.Şayiələr  üçün səbəblər verməməyə çalışın. Öz işgüzar reputasiyanızı qoruyun: bədxahlar onu korlamağa çalışa bilərlər. Ciddi danışıqlar üçün bu gün uyğun   deyil. Sizə  öz nöqteyi-nəzərinizi müdafiə etmək və həmsöhbətinizi sakit dinləmək çətindir.
Xərçəng
Sakitliyi və ehtiyatlılığı çox çətin saxlayacaqsınız. İndi siz boş şeylərə görə qıcıqlanmağa, yaxın insanlara acıqlanmağa meyllisiniz. Əlbəttə, bu münasibətlərdə xeyirə   gətirmir. Əgər xırda dava ciddi münaqişəyə gətirib çıxaracaqsa, uzun müddət münasibətlər  korlanacaq.
Günün ikinci yarısında istirahət etmək üçün imkan olacaq . Bu vaxt sağlamlaşdırma tədbirləri üçün yarayır. İmiclə təcrübə etmək, gözəllik salonunda olmaq olar – siz nəticədən razı qalacaqsınız.
Şir
Əvəl başlanmış işləri qurtarmaq üçün uyğun gündür. Siz detallara diqqət , səliqə, dəqiqliklər tələb edən işin yaxşı öhdəsindən gəlirsiniz.Fantaziya və yaradıcı yanaşma tələb edən işlərdə isə çətinlik çəkirsiniz.Bu zaman yad ideyalar sizə çox kömək edir. Qeyri-formal vəziyyətdə kolleqalarla danışmaq,işləri müzakirə etmək olar.
Bu gün siz  dincəlməyə, imkan daxilində stress vəziyyətlərindən çəkinməyə çalışın. Bu günün ikinci yarısında xüsusilə əhəmiyyətlidir. Artıq həyəcanlar  baş ağrıları , yuxusuzluq doğura bilər.
Qız
Boş danışıqlara vaxt itirməməyə çalışın. Sizi tez- tez işlərdən yayındıracaqlar, buna görə siz işlərin öhdəsindən vaxtında gəlməyə  bilərsiniz. Qadınlarla çətin yola gedəcəksiniz; onlar sizdən  küsürlər, ən adi  qeydlərə kəskin reaksiya verirlər.
Maliyyə işlərinizin  tam nizamda olmasına diqqət edin. Günün ikinci yarısında sənədlərin rəsmiləşdirilməsiylə bağlı məsələləri həll etmək  və dövlət təşkilatlarına  baş çəkmək olar.
Tərəzi
İş üçün əla gündür. Çox məsələlərin öhdəsindən daha tez  gələcəksiniz . Özünüzü  yaxşı tərəfdən göstərmək və ətrafınızdakılarların simpatiyasını fəth etmək  imkanınız olacaq. İnsanlar, hansılar ki, əvvəl sizə qarşı simpatiya hiss etmirdilər, öz fikirlərini dəyişdirə bilərlər.
Tamamilə yeni nəyləsə məşğul olmaq istəyəcəksiniz. Bunun üçün uyğun vaxtdır: siz hər şeyi aydınlaşdırırsınız,  müvəffəqiyyətlərə asan nail olursunuz. İstənilən görüşlər yaxşı keçir. Romantik görüşlər uzun müddət yadda qalır.
Əqrəb
Maraqlı lakin faydasız sohbətlərlə dolu bir gün olacaq. Əvvəl uzaq durduğunuz insanalr sizinlə danışmaq  istəyəcəklər. Bu insanlar haqqında sizin fikirinizin   yaxşıya dəyişəcəyi də mümkündür.Ancaq onlara etibar etməyə, sirlərlə bölüşməyə  tələsməyin.
Evdə təcili həlli tələb edən hansısa bir problemlər çıxa bilərlər. Onların öhdəsindən sizdən başqa heç kim    gələ bilməyəcək. Əslində hər şey elə  də çətin deyil. Vaxtında hərəkət etməklə bütün problemləri asanlıqla həll etmək olar.
Oxatan
Çox məhsuldar gündür. Siz şərait  müvafiq formalaşmasa belə çox  şeyə nail olmağa bacarıqlısınız . Yeni partnyorlarla əməkdaşlıq haqqında razılaşmağa, müttəfiqləri tapmağa müvəffəq olursunuz. İşgüzar səfərlər yaxşı formalaşır.
İşlər hər zamankindən daha çox olacaq. Bunun üçün  hansısa  şəxsi planları qurban etmək lazım olacaq. Buna görə narahat olmaq lazım deyil: bir az sonra hər şey üçün vaxt tapacaqsınız.Yaxınlarınız sizi anlayacaq və dəstəkləyəcəklər.
Oğlaq
Siz enerjilisiniz, qətiyyətlə  hərəkət etməyə tam  hazırsınız. Bu çox yaxşıdır. Pis odur ki, sizin dəqiq planınız yoxdur. Ona görə əvvəlcə hədəfləri müəyyən edin. Düşünülməmiş addımlar təhlükəlidir və xoşagəlməz nəticələrə malik ola bilərlər.
İdmanla və fiziki əməklə məşğul olmaq faydalıdır . Bu gün  aktiv istirahət üçün əlverişlidir. Ağıllı yüklənmələr emosional vəziyyətə də yaxşı təsir edir. Günün ikinci yarısı dostlarla görüşlər üçün  yarayır.
Dolça
Günün birinci yarısı gərgin olacaq. Bəzi Dolçalar əsəbi olurlar, başqalarının təsiri altında tələsik reaksiya verirlər. Xoşbəxtlikdən, bir neçə  saata vəziyyət yaxşıya doğru dəyişəcək, siz  özünüzü daha sakit və daha arxayın hiss edəcəksiniz.
Hansısa bir köhnə problemləri həll etmək imkanı olacaq. İntuisiyanız bir  çox suallara cavablar tapmağa kömək edəcək. Axşam xoş görüşlərlə sizi sevindirəcək.
Balıqlar
Əməkdaşlıq üçün əlverişli gündür. Bir çox şeydə sizə kömək etməyə hazır olan insanalar tapmaq şansınız var. İşgüzar kimi başlanan münasibətlər  zamanla romantik xarakter ala  bilər və siz buna şad olacaqsınız.
Yaxın insanların həyatında yaxşıya doğru dəyişiklik etmək,son zamanlar onlara dinclik verməyən  problemləri həll etmək imkanınız  olacaq. Uzaqdan xoş xəbərlər və maraqlı təkliflər ehtimal ediləndir .(ens.az)


Paylaş:


Müəllif : Tarix:
12-01-2018, 00:02
  


loading...
Загрузка...