reklam
» » Bakıda polis bölməsinin rəisi dəyişdirilib - ƏMR

reklam

Bakıda polis bölməsinin rəisi dəyişdirilib - ƏMR

Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

Regionxeberleri.com - un APA-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.


Paylaş:


Müəllif : Tarix:
12-01-2018, 12:53
  


loading...
Загрузка...